adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Dekabr 2018 12:21
6533
HADİSƏ
A- A+

Partlayıcı oyuncaqlar və pirotexniki vasitələr AŞKARLANDI

Polis əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə,Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 13-də keçirdikləri reyd zamanı"Sədərək” ticarət mərkəzindəki mağazaların birində Astara rayon sakini F.Hənifəyevdən yüksək səsyayıcı qabiliyyətə malik olan 1600 ədəd partlayıcı oyuncaqlar və pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.