15 ildə gənclər sahəsinə ayrılan vəsait 100 dəfə artırılıb
"Azərbaycan gənc ölkədir. Əhalinin 60 faizi 30 yaşdan aşağıdır. Ölkəmizdə 2001-ci ildə gənclərlə bağlı qanun qəbul edilib, bundan əvvəl isə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Bütün bunlar gənclərə olan diqqətin göstəricisidir”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə keçirilən Gənc Parlamentarilərin 5-ci Qlobal Konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, Azərbaycanın dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait 2003-cü ildən indiyədək 100 dəfə artıb:
"Son 10 il ərzində 41 gənclər mərkəzi yaradılıb, ölkədə 300-dən çox gənclərlə bağlılığı olan qeyri-hökumət təşkilatı var. Ölkədə gənc sahibkarlar dəstəklənir, gənclərin öz biznesini yaratmasına şərait yaradılır. Azərbaycan gəncləri Avropa Şurası, BMT, Avropa İttifaqı və 30-dan çox beynəlxalq, humanitar təşkilatlarda təmsil olunur”.
Digər Xəbərlər
28 Mart 2024 21:26