adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Dekabr 2018 00:55
16706
GÜNDƏM
A- A+

Bir pedaqoq ömrü

Dərs otağı

Allahverdi Eminov
Fəlsəfə doktoru, dosent
Qabaqcıl maarif xadimi, yazıçı

Qüvvət elmdədir,başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.

Nizami

Nizamiyə görə, təlim insanı mələyə çevirir. İnsanı kamillik mərtəbəsinə ucaldan onun ağlıdır. İnsan ağlı, kamalı ilə şərəflidir. Təsadüfi deyil ki, ayrı-ayrı dövrlərdə yaşamış mütəfəkkirlər də bu fikri təsdiqləmişlər. Nəsiminin, Füzulinin, eləcə də XIX, XX əsr maarifçilərinin rəhbər tutduqları bayraq məhz elə təlimdir, bilikdir, elmdir.
Elmə aparan yol isə adi bələdçisiz mümkün deyil. Bu gün müasir anlamda müəllim müxtəlif dillərdə müxtəlif cür səslənsə də, bu peşə sahibinin amalı birdir: öyrətmək. Hansı yollarla olursa olsun. İstər ənənəvi üsullarla, istərsə fəal-interaktiv üsullarla. Ancaq yeni dövr yenilik tələb edir. Müəllim şagirdi öyrətməklə kifayətlənməməlidir, ona öyrənməyin yollarını da öyrətməlidir. Bu proses - müəllim-şagird birliyi isə məktəbdə reallaşır. Deməli, təhsilin evi məktəbdir. Müəllim-şagird isə onun sakinləri.
Uzun illər müəllim kimi çalışdığı Nefçala rayonunun Qırmızıkənd kənd tam orta məktəbi də sözün əsl mənasında onun doğma evi olub. Ruhəngiz müəllim burada pedaqoq kimi doğuldu, böyüdü. Və dönüb geriyə - illərin bizdən alıb apardığı ömrə nəzər saldıqda həmişə öz-özünə hesabat veribdi: Mən müəllim kimi nə etmişəm? Əlbəttə, bəzən sevincli, bəzən qayğılı, bəzən fərəhli, bəzən də narahat günlərin anları onu düşündürüb. Amma o, tək olmayıb.
Arabir Ruhəngiz müəllim özünə belə bir sual verir: "Əgər müəllim olmasaydım, hansı sənəti seçərdim?" Cavab verir: "Müəllim sənətini." "Müəllim - mən həyatda bundan yüksək ad tanımıram" kəlamının arxasında gizlənmiş dərin mənanı duymamaq mümkün deyil. Doğrudan da,belədir. Bütün sənətlərin açarı müəllimlikdir. Ruhəngiz Nəcəfova da müəllim oldu. Və peşiman da deyil.
O, əmək fəaliyyətinə 18 yaşında məktəbdə başladı. (UBTR) Uşaq Birliyi Təşkilatı Rəhbəri vəzifəsini icra etdi ilk illər. Bu,onun məktəbdə iş həyatında yaxşı təcrübə əldə etməyinə stimul verdi. Sonra müəllim kimi sinif otaqlarını açdı. Və hər gün, hər 45 dəqiqə ərzində müəl-limlik peşəsinin açılmayan,oxunmayan tərəflərini kəşf etməyə, təkmilləşməyə başladı. Əslində uşaqlarla işləmək çətin olduğu qədər də zövqlü, maraqlı işdir. İdarəçiliyin ilk təməlini müəllim sinif otaqlarında keçir. Çünki auditoriyanı idarə etmək məsuliyyətli və ciddi bir prosesdir. Müəllim bunu bacarırsa, deməli, o sabah cəmiyyətdə müəyyən bir kollektivi də idarə etməyin öhdəsindən gələcikdir. Deməli, nüfuzlu, kollektivdə hörmət, ehtiram qazanmış müəllim yaxşı direktor da ola bilər. Və o, işinin öhdəsindən layiqincə gəlməyi bacaracaqdır. Müəllimlik elə bir peşədir ki, insanla birlikdə doğulur.Yəni müəllim anadangəlmə bu peşənin sahibi olmalıdır.Təhsil və təcrübə qazanmaqla bu sənəti o, tam şəkildə özününküləşdirir. Çoxları bu günümüzdə müəllim adını daşıyır,amma bu peşənin sahibi olmağı bacarmır. Çünki onda nə pedaqoq qabiliyyəti, nə də yaradıcılıq təxəyyülü var. Müəllim, həm də bu günün müəllimi həm öyrədən,həm öyrənən, həm aktyor, musiqişünas, rəssam, yazıçı, memar, bir sözlə bütün peşələrin sintezini daşıyan şəxs olmalıdır. O, hər şeyi bacarmalıdır dedikdə heç də mübaliğəyə yol vermirəm. Axı gənc nəslin, yeniyetmələrin tərbiyəçisi, təlimçisi odur.
Aydın məsələdir ki, son zamanlar meydana atılan təlim metodlarından ən populyarı interaktiv üsullardır. Çoxları bu üsullara tam yenilik kimi baxsalar da, alimlərimiz artıq interaktiv üsulların da köhnə olduğunu, yəni keçmiş təlim prosesindən qaynaqlandığini vurğulamağı unutmurlar. Professor, tanınmış pedaqoq Ə.Ağayevin "Təlim prosesi: ənənə və müasirlik" kitabından: "İnteraktiv və ya fəal metod adlandırılan əqli hücum, esse, rollu oyun, müzakirə, debat, qruplarla iş, işgüzar səs-küyvə s. şagirdlərdə müstəqilliyi artıran, məntiqi və tənqidi təfəkkürü gücləndirən metod və ya vasıtələr,priyomlar elə həmin mövcud olan axtarış metodları qrupuna daxıldir. Bunları xaricdən gətirilən metod kimi dəyərləndirmək düz deyil.Bunların kökü elə ötən əsrin 70-80-ci illərindəki metodlar təsnifatında vardır. Ona görə də fəal adlandırılan bu metodları tətbiq etmək istəyən müəllim əvvəlcə keçilmiş milli tarixi-nəzəri və praktik yolun dəyərlərini öyrənməli, xarici təcrübədən götürülən fəal təlim metodlarını bu bazada özününküləşdırməli, sonra elmi-metodik əsaslarla tətbiq etməlidir."
Mənim "Bir dərsin 7 möcüzəsi" kitabından: "Biz hələ də dünənimizi "top atəşinə" tutmaq psixologiyasından qurtulmamışıqg Bəlkə "yeni təlim texnologiyası" bir anlayış statusu almamışdı, amma sinifdə - dərsdə bu təbii prosesdi, müəllimin içərisindən gəlirdi."Deməli, yeniliyə gedən yol köhnədən keçir, keçmişdən qaynaqlanır. Bəzən başqasında gördüyümüz bu cəhəti yenilik kimi qəbul edirik. Amma fərqinə varmırıq ki, bu "yenilik" bizdə də var. Sadəcə olaraq biz bu "yeniliyi" başqaları kimi dəyərləndirmək qüvvəsində olmuruq, ya da ki tənbəllik edirik bu səpgidə. Hal-hazırda interaktiv metodlardan çox müəllim istifadə edir. Bəziləri isə yaradıcı şəkildə bu metoda yanaşırlar, ona əvvəl qeyd etdiyim kimi, öz təcrübəsində tətbiq etdiyi təlim üsullarını da sintez edərək ərsəyə tam fərqli bir dərs üsulu gətirirlər. Təəssüf ki, bu "yenilik", müəllimin "öz kəşfi" də xaricdəngəlmə qarışır, milli dəyər, milli baxış əriyib gedir çoxluq içində.
İlk dəfə kurikulum əsasında rayonda dərs keçərkən və təcrübəsini yaymaq üçün təşkil edilmiş seminarlarda iştirak edərkən heç ağlına gəlməzdi ki, nə vaxtsa bu haqda məqalə yazılacaq və bundan keçmişdə baş vermiş bir hadisə kimi danışılacaq. Bu gün ölkədə iri planda "yeniliyə doğru" şüarını təhsilə gətirənlər artıq cığırdaşlıqdan təhlilə keçiblər. Daha doğrusu, vaxtilə etdiklərini bir daha bölüşmək, təqdim etmək məqamındadırlar. Mən də bu statusdan çıxış edərək Ruhəngiz müəllimin iş təcrübəsini ictimaiyyətə çatdırmaq istəyirəm.
Hər il şagirdləri rayon və respublika turlarında tədris etdiyi Azərbaycan dili və ədəbiyyatı fənnini təmsil edərək uğurlu nəticələr əldə ediblər. Eyni zamanda inşa müsabiqələrində də respublika miqyasında II, III dərəcəli Diplomlarla təltif olunublar. Azərbaycan Müəllimlərinin XII, XIII, XIV Qurultaylarının (2003, 2008, 2013) nümayəndəsi seçilib. Eyni zamanda Azərbaycan Gənclərinin III, IV Forumlarının (2003, 2005) nümayəndəsi olub. 1999, 2002-ci illərdə respublika "Pedaqoji mühazirələr"ində II, III dərəcəli Diplomlarla təltif edilib. 2007-2008-ci ilin tədris ilinin "Ən yaxşı yüz müəllim", 2012-2013-cü tədris ilinin "Ən yaxşı yüz müəllim" müsabiqələrinin qalibi olub.Yeni təlim metodlarından Neftçala rayonunda ilk dəfə Ruhəngiz müəllim istifadə edib və təcrübəsini yayıb.Dəflərlə rayon, respublika miqyaslı Diplomlar və Fəxri Fərmanlarla, 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib. Onlarala pedaqoji məqalələrə imza ataraq metod və dərs üsullarımın yayılmasına cəhd edib. Neftçala rayonunda ilk dəfə respublika "Pedaqoji mühazirələrinin" iştirakçısı, "Ən yaxşı yüz müəllim" müsabiqəsinin ilk, həm də iki dəfə qalibi olub.
Bəs bütün bunlara necə nail olub? Əlbəttə, bunun üçün insan sənəti seçməməlidir, sənət onu seçməlidir. İnsan hansı peşədə özünü görürsə, orada olmalıdır. 18 yaşında pedaqoji sahəyə qədəm basanda məktəb mühiti onu özünə çəkərək yoğurub hasilə gətirdi. Ancaq daxilində məktəbə, şagirdlərlə ünsiyyətə can atdığını, təşkilatçılıq, idarəçilik qabiliyyətinin olduğunu hiss etdi. Öyrətmək, izah etmək, öyrənməyi öyrətmək texnologiyasının cücərtilərini duyaraq bu müqəddəs peşəyə ürəkdən bağlandı. Sevdi müəllimliyi, sevdi şagirdlərini. Və ilk gündən sevərək, hiss edərək bu sənətin açılmayan qatlarına təzahürün etməyə başladı.
Bu gün yeni təlim üsullarının tələblərindən irəli gələn metodlara əslində çox əvvəllər nail olmağa başlamışdı. Çünki müəllim yaradıcı olmalıdır, sinif otaqlarında 45 dəqiqələrin hökmünü özünə tabe etməyi bacarmalıdır. Hər dərsini yeni səpgidə qurmağa səy göstərməlidir. Hər dəfə sinif otaqlarında özünü başqa ampulada görməyə cəhd edərək "kəşflərini" elə həmin anlardaca tapmaq, onları yerindəcə tətbiq etmək Ruhəngiz müəllim üçün ən əsas üsullardan biridir. Sinfin ab-havası, şagirdlərin fərqli düşüncələrə malik olması fərqli dərs quruluşlarına səbəb olur. Bir də müəllimin nitqi, səsi, şagirdə yanaşma tərzi də əsasdır. Bu, müəllimin ən böyük "silahıdır". Sinfi ələ almaq qabiliyyəti səs, nitqlə çox bağlıdır. Haşiyəyə çıxaraq bildirmək istərdim ki, müəllim sənətini seçənlər unutmamalıdırlar ki, onlar ən böyük aktyordurlar. Qarşısındakını inandırmaq, ona mənəvi zövq aşılamaq müəllimdən tələb olunan şərtlərdəndir.
Müəllimlikfəaliyyəti boyu kimi isə cəzalandırdığını xatırlamır Ruhəngiz müəllim. Şagirdlərini verə bildiyi sevgi ilə təlim-tərbiyəyə cəlb edərək mülayim, isti münasibətlə ələ almağı bacarıb. Sərtlik heç vaxt insanı tərbiyə etməyin yolu ola bilməz. Ətrafında görmək istədiyin şagirdlər müəllim sevgisinin işığına toplaşmalıdırlar. Deməli, hər bir müəllim həm də psixoloq olmalıdır.
Bu gün interaktiv təlim metodlarının tüğyan etdiyi bir dönəmdə istifadənin kor-koranə,yəni metodik vəsaitlərdən baxıb "köçürmək" anlamı aldığı bir zamandır bəzi müəllimlər üçün. Yəni müəllim metodik vəsaitdən mənbə kimi qaynaqlanan məlumatlara, göstərişlərə köklənir. Öz yaradıcılıq meyarını işə salmağa tənbəllik edir, ya da buna istedadı, gücü çatmır. Əsl müəllim baxıb "köçürməməlidir". Baxıb yaradıcı yanaşmalıdır. Elə hallar olub ki, Ruhəngiz müəllim rastlaşdığı, oxuduğu metod və üsullara yeni prizmadan yanaşaraq tam fərqli metodlar ərsəyə gətirib. Dərsin yeni-yeni formalarını kəşf edib: "Mətbubat konfransı", "Kim tez tapar", "Dünyaya səyahət", "Fikir yağışı", "Mən öyrənirəm" və s. dərs ruprikalarını təcrübəsində tətbiq edib. Şagirdlərindən saysız-hesabsız davamçıları yetişib. Bu gün onlar da Ruhəngiz müəllimin qoyduğu yollarla irəliləyərək müəllimlərinin iş təcrübəsini yaymaqda aktivdirlər.
28 may 2014-cü il tarixində Prezident İlham Əliyevin Neftçala rayonuna səfəri zamanı ölkə başçısını rayon sakinləri adından salamlayaraq tarixi çıxış etmək Ruhəngiz Nəcəfovanın taleyinə yazıldı. O, respublika Prezidentinin qarşısında çıxış edərək rayonun inkişafı, görülən işlər, gələcək planlar haqqında ətraflı məlumat verdi. Bu görüş onun həyatında ən unudulmaz anlardan birinə çevrildi. 30 iyul 2014-cü il tarixində Neftçala rayonu Heydər Əliyev Mərkəzinin di-rektoru vəzifəsinə təyin olundu. Üçillik fəaliyyəti ərzində bir sıra yeniliklərə imza atdı. "Açıq dərs" layihəsi, kitab müzakirələri, əlamətdar hadisə və günlərlə bağlı tədbirlər rayonun həyatında yaddaqalan hadisəyə çevilmişdir. Ölkə Prezidentinin sərəncamlarından qaynaqlanan tədbirlər xüsusilə seçilmişdir: Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi, "Kitabi-Dədə Qorqud" və Fridrix fon Dits - 200" tədbirlərini respublika miqyaslı təşkil etdi. 2016-çı ilin "multikulturalizm ili" elan edilməsi diqqətini çəkdi. Neftçalada müxtəlif millətlərin məskunlaşması, yerli camaatın onlarla mehriban yaşaması haqqında 38 dəqiqəlik "Neftçalada multikauturalizm" sənədli filmini ərsəyə gətirərək ictimaiyyətə təqdim etdi və filmin təqdimat mərasimini təşkil etdi. Özündə ssenaristlik, rejissorluq, aparıcılıq qabiliyyətlərini kəşf edərək geniş ictimaiyyət tərəfindən sevildi və seçildi. Mərkəzdə işləmək fəaliyyətinin başqa tərəflərini önə çıxartdı. Daha çox "Neftçalada multikulturalizm" filminin çəkilişi nəinki Ruhəngiz müəllimə daxili zövq verdi, həm də uzun müddət azərbaycanlılarla birgə yaşayan qeyri-millətlərin hiss-duyğularının önə çıxarılmasına təkan oldu.
Ulu Öndərin adını daşıyan mərkəzdəki fəaliyyətində də pedaqoji köklərinə söykənərək daha çox məktəblərlə əlaqəli şəkildə işlədi. Demək olar ki, rayonun bütün məktəbləri ilə mərkəz müqavilə bağlamışdı.Vaxtaşırı məktəblər üçün ekskursiyalar, müxtəlif tədbirlər təşkil edilirdi. Tez-tez müxtəlif mövzularda mühazirələr oxuyur, gənc nəslin təlim-tərbiyəsində əvəzsiz rol oynayan filmlərin nümayişini reallaşdırırdı. Tezliklə Neftçala Rayon Heydər Əliyev Mərkəzi rayon məktəblilərinin yığıncaq, toplanış, istirahət məkanına çevrildi. Bu düzən indi də davam və inkişaf etdirilir.
2018-ci il 04 yanvar tarixindən öz istəyi və seçimi ilə Neftçala rayonu Xolqaraqaşlı kənd tam orta məktəbində direktor vəzifəsində çalışır Ruhəngiz müəllim. Mənə elə gəlir ki, direktor olmaq üçün xüsusi təlim keçməyə ehtiyac yoxdur. Çünki anadan pedaqoq doğulan şəxs elə anadan rəhbər işçi kimi də doğulur. İdarəçilik qabiliyyətini qazanmaqla yanaşı, insan bunu özündə hiss də etməlidir. Əgər sən qorxur, ehtiyat edirsənsə, deməli ya hazır deyilsən, ya da işi bacarmayacaqsan. Bir də unutmayaq ki, hər bir kəsin həyatda öz yolu, öz dəsti-xətti var. Yazarların yazı manerası fərqləndiyi kimi, işçilərin iş fəaliyyəti də özünəməxsusluğu ilə seçilir. Eləcə də hər rəhbər işçinin öz yolu, iş üslubu var. Az vaxt kəsiyində Ruhəngiz müəllimin nail olduqları çoxdur. Müəllimlik fəaliyyətində qazandıqlarını rəhbərlik etdiyi məktəbdə tətbiq etməyə çalışır. Və nümunəvi nəticələrin əldə edilməsini görmək sevindiricidir.
Yaradıcılıqla məşğuldur. İndiyə qədər beş kitab müəllifidir. Hekayə, povest, romanları və məqalələri var.