adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Dekabr 2018 00:23
6376
GÜNDƏM
A- A+

Hədəf Qarabağın azadlığıdır və ya yol Qarabağadır


"Qarabağa aparan yol" qəzeti bu günlərdə özünün 400- cü sayını qeyd edir. Bu çox önəmli bir tarixdir: dövlətimizin müstəqilliyinə xidmət edən mühüm məsələlərin həllində tutuduğu mövqeyi, bu mühüm mövzu ilə bağlı qəzetin fəaliyyət tarixi deməkdir. Adından da göründüyü kimi, bu nüfuzlu qəzetin yolu, hədəfi aydındır.
"Qarabağa aparan yol" qəzeti nəşrə başladığı gündən bəri öz səhifələrində ilk növbədə Qarabağın tarixinə, keçmişinə, maddi-mədəniyyət abidələrinə, bu torpağın yetişdirdiyi məşhur şəxsiyyətlərinə: görkəmli elm, mədəniyyət xadimlərinə aid maraqlı məqalələr nəşr edilir. Ermənistanın işğalçılıq siyasəti ilə bağlı müxtəlif yazılara - erməni "xülyaları"nın doğurduğu faciələrə: xalqımızın düçar olduğu müsibətlərə daim öz səhifələrində yer verir, habelə qeyrətli Vətən övladlarımızın qəhramanlıqlarından, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş Azərbaycanın mərd oğul və qızlarından söhbət açır.
Məhz bu mənada Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bu mətbu orqanı müstəsna rol oynamaqla Qarabağ müharibəsi və onun dəhşətli nəticəsi olan məcburi köçkünlərin həyatına diqqət yetirir; məhrumiyyətlə dolu bu çətin həyatı yaşayan soydaşlarımızın taleyini işıqlandıracaq yazılara da vaxtaşırı yer verilir.
Beləliklə qəzet bizi Qarabağdan, ona aparan yoldan ayrı düşməyə qoymur. Qəzetin araya - ərsəyə gətirilməsində gərgin əməyi olan əməkdaşları, yaxın dostlarım - baş redaktor hörmətli Əli Mahmudu, redaktor müavini tanınmış publisist Fariz Çobanoğlunu, gənc jurnalist Təranə Əlizadəni və qəzetin fədakar yazı müəlliflərini bu şərəfli yubiley münasibətilə ürəkdən salamlayır və təbrik edirəm.
Qəzetin işıqlandıracağı bir sıra mühüm məsələlərin, aktual-həlli vacib olan mövzuların işlənməsində böyük uğurlar arzulayıram. Xülasə, yol Qarabağadır.

Minaxanım Nuriyeva,
professor