adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
14 Dekabr 2018 11:12
12228
İDMAN
A- A+

Qurban Qurbanov: “Ancaq qorxaqlar belə hərəkət edirlər”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AvroLiqanın qrup mərhələsinin sonuncu turunda "Arsenal"la oyunun artırma dəqiqələrində baş vermiş insidentə münasibət bildirib.

Adalet.az-ın klubun saytına istinadən verdiyi xəbərə görə, 46 yaşlı mütəxəssis azarkeşlərdən birinin meydana əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq çıxması ilə bağlı deyib:

"Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar".