Ölməkdən başqa bir şey istəmirəm... - Yazarların son sözləri
Dünya ədəbiyyatında iz qoyan məşhur yazıçılar var ki, onların əsərləri, yaradıcılıqları insanlara həmişə maraqlı olub. Bu dəfə isə onların ölmədən əvvəl son sözlərinə diqqət yetirək.
Anton Çexov: "Uzun zamandır şampan içməmişdim.”
Emili Dikinson: "İçəri keçməliyəm, duman yüksəlir.”
Ceyms Coys: "Kimsə anlamırmı?”
Ceyn Ostin: "İndi istədiyim tək şey ölmək. Ölməkdən başqa bir şey istəmirəm.”
Yohann Volfqanq Göte: "İşıq! Bir az daha işıq!
Frans Kafka: "Sevgili, Maks, son istəyim, məndən geriyə qalacaq olan gündəliklərimi, əl yazmalarımı, mənim yazdığım və mənə gələn məktubları, cızma-qaralarımı və digərlərini yandır.”
Katrin Mansfild: "Sanıram ki, öləcəm. Yağışı sevirəm. Yağışın üzümə dəyməsini isə daha çox sevirəm.”
Mark Tven: "Salamat qalın. Əgər görüşə bilsək…”
Nikolay Qoqol: "Bir nərdivan, tez bir nərdivan gətirin.”
O. Henry: "Yandırım işıqları. Evə qaranlıqda getmək istəmirəm."
Oskar Uayld: "Ya divar kağızı gedir ya da mən.”
Robert Lyuis Stevenson: "Qəribə görünmürəm?”
Samuel Conson: "Ölürəm".
Viktor Hüqo: "Qara bir işıq görürəm.”