adalet.az header logo
  • Bakı 6°C
13 Dekabr 2018 18:47
14141
İDMAN
A- A+

Müller üzr istədi

"Bavariya”nın futbolçusu Tomas Müller Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Ayaks”la matçda (3:3) rəqib oyunçu Nikolas Taqliafikona etdiyi hərəkətə görə üzr istəyib.

Qol.az xəbər verir ki, bu barədə o, özünün rəsmi "Tvitter" hesabında yazıb: "Dünənki hadisəyə görə Nikolas Taqliafikodan üzr istəyirəm. Bu hərəkəti qəsdən etməmişdim. Ona tezliklə sağalmasını arzulayıram".

Qeyd edək ki, Müller matçın 75-ci dəqiqəsindəN.Taqliafikonun başına ayaqla zərbə endirib. Alman futbolçu etdiyi hərəkətə görə qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.