"Biz "sarı jiletlilər” ilkin tələbatlı bütün məhsullara – enerji, mənzil, qida məhsulları, geyim və digərlərinə qoyulan vergilərin ciddi şəkildə azaldılmasını tələb edirik. Biz həm də yüksək vəzifəli məmurların bütün gəlirlərinin, maaşlarının, imtiyazlarının, hazırkı və gələcək pensiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını tələb edirik”- Lyudoski vurğulayıb.
Bir neçə saat öncə isə Fransa hökumətinin rəsmisi Benjamin Qrivo əhalini və "sarı jiletlilər” hərəkatının üzvlərini məntiqli davranaraq bu şənbə aksiya keçirməməyə çağırıb.