Bir ay əvvəl kanalda batan 60 yaşlı qadın axtarılır
Noyabrın 2-də Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1958-ci il il təvəllüdlü Cəfərova Məlahət Heybətulla qızının axtarışları davam etdirilir.
Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, axtarışlar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir. Əlavə məlumat veriləcək.