adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2018 16:06
14588
İDMAN
A- A+

Azərbaycanın idman mütəxəssislərinə Prezidentin fərdi təqaüdü və fəxri ad verilib - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının idman mütəxəssislərinə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin:

Həşimov İsmayıl Teymur oğlu
Demina Tanziliya Zaxarovna
Məmmədov Yaqub Əkbər oğlu
Məmmədov Vahid Şərafəddin oğlu
Əlimzanov Şamil Əhmədcanoviç
İbrahimov İbrahim Eldar oğlu
İşməmmədova Svetlana Bəşirovna

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Nərimanov Elşad Əhməd oğlu
Əliyev Elxan İzzət oğlu
Mircavadov Ağasəlim Seyidəhməd oğlu

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.