adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2018 15:57
9605
HADİSƏ
A- A+

Lənkəranda 45 yaşlı balıqçı itkin düşdü

Lənkəranda 45 yaşlı kişi itkin düşüb.

Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Lüvəsər kəndində baş verib.

Kənd sakini, 1973-cü il təvəllüdlü Nəsirov Valeh Saleh oğlu dekabrın 11-də səhər saatlarında balıq tutmaq adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı polisə məlumat daxil olandan sonra araşdırmalara başlanıb.