adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2018 15:47
13339
DÜNYA
A- A+

NATO və Rusiya bu ölkədə öldüm-dirim savaşına çıxır

Balkan yarımadasının ən problemli ölkəsi – Bosniya və Hersoqovina Rusiya ilə NATO arasında mübarizə meydanına çevrilə bilər.Modern.azxəbər verir ki, bu barədə "Bloomberg” agentliyi yazıb.

Çernoqoqiyanın NATO-ya üzv olmasından sonra Şimali Atlantika Alynası bu dəfə diqqətini Bosniya və Hersoqovinaya doğru yönəldib. Alyans 1995-ci ildə ilk xarici əməliyyatını məhz bu ölkədə həyata keçirib.

Həmin vaxt vətəndaş müharibəsinin getdiyi Bosniya və Hersoqovinada müsəlman boşnaklar, pravoslav serblər və katolik xorvatlar arasında qanlı döyüşlər gedirdi. Münaqişə 100 mindən artıq insanın ölümü ilə nəticələnmişdi. Buna baxmayaraq, etnik gərginlik bütün tarix boyu bu ölkəyə xasdır.

Bundan başqa, NATO-ya üzv ölkələrin Xarici İşlər Nazirliklərinin Alyansa üzvlüklə bağlı proqramı yenidən aktivləşdirməsi də əlavə gərginlik yaradıb.

Bosniyalılar və xorvatların NATO-ya isti baxdığı məqamda pravoslav serblər hərbi bloka qarşıdırlar. Serb icmasının lideri Milorad Dodek və Bosniya müsəlmanlarının rəhbəri Şefik Ceferoviç arasında bu xüsusda problem var. Ceferoviçin mövqeyini xorvatların lideri Jelko Komşiç də bölüşür.

"Bloomberg”in fikrincə, NATO Balkan bölgəsində Rusiyanın təsiri ilə mübarizə aparır. Moskva isə onun bu ərazilərdə genişlənməsini istəmir. Artıq Sloveniya, Xorvatiya və Çernoqoriya alyansın üzvləridir, Makedoniya isə iyunda NATO-ya qoşulmaq təklifi alıb.