adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2018 14:27
13919
DÜNYA
A- A+

Paşinyan: Hərbi büdcəni artırmaq lazımdır, amma pul yoxdur

Ermənistan silahlı qüvvələrinin inkişafı üçün beş il ərzində hərbi büdcəni təqribən 2,5 milyard dollara çatdırmaq lazımdır.

Trend-in məlumatına görə, bunu Ermənistanın baş naziri v.i.e. Nikol Paşinyan hökumətin iclasında deyib.

Bu maliyyənin haradan cəlb ediləcəyinə gəlincə, o bildirib ki, həmin vəsaiti tapmaq üçün çox işləmək lazımdır: "Bu vəsaitin bir hissəsini hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılmasına ayırmaq lazımdır. Bu, silahlı qüvvələrin döyüş hazırlığının yüksəldilməsi baxımından çox vacibdir".

N.Paşinyanın sözlərinə görə, digər mühüm tapşırıq hərbi-sənaye kompleksinin inkişafı olmalıdır.