Nazirlik bayram yarmarkası ilə bağlı YENİLİK etdi
Bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində keçiriləcık yarmarkaların təşkili ilə bağlı yenilik edilib.
Bu barədəModern.az-ın sorğusuna cavab olaraq,Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Aqrar Ticarət Şirkətinin İnformasiya və ictimiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayevbildirib.
"Bu il ilk dəfə olaraq, yarmarka yalnız bir ünvanda təşkil olunacaq. "Kənddən şəhərə” bayram yarmarkası 21-30 dekabrda Nizami küçəsi 154 ünvanında (Landmark biznes mərkəzinin yaxınlığında, Azərbaycan-Fransız Universiteti ilə üzbəüz) keçiriləcək. Növbəti ildən etibarən yarmarkaların digər ünvalarda keçirilməsi nəzərdə tutulub”.
"Yarmarkada iştirak etməyi istəyən fermerlər saytımız vasitəsilə bizə "onlayn” müraciət ediblər. Noyabrın 25-dən dekabrın 10-dək qeydiyyatdan keçiblər. Hazırda müraciət edənlərin yarmarkada iştirakı üçün seçim aparılır. İştirak üçün 110 yerlik ərazimiz var. Yarmarkada iştirak tam ödənişsizdir. Ərazi qapalıdır və istiliklə təmin olunub. Həmçinin, iştirakçılar xüsusi xalat, piştaxtalar və tərəzilərlə təmin ediləcək. Yarmarkanın arxa hissəsində fermerlərin avtomobillərini rahat şəkildə saxlamaları üçün yer də müəyyən olunub”.
"Alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal və s. ala biləcəklər. Yarmarkada yalnız ət və ət məhsullarının satışı nəzərdə tutulmayıb”.