adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2018 18:29
14898
DÜNYA
A- A+

İnterpol hind milyarderi axtarışa verdi

İnterpol hind milyarder Mexul Çoksinin həbsinə dair qırmızı bülleten verib.

Adalet.az xəbər verir ki, o, Hindistanın Pəncab Milli Bankından 2 milyard dollar pulu mənimsəməkdə ittiham edilib. Çoksi ilə bərabər onun qohumu Nirav Modi də beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, Çoksinin bankın 2 milyard dollar pulunu mənimsəməsi 2017-ci ilin sonunda üzə çıxıb. Bu ilin yanvarında isə o, yaxın qohumları ilə birgə Hindistandan qaçıb.

Hələlik Çoksinin harada gizləndiyi müəyyən edilməyib.