adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2018 19:02
16468
DÜNYA
A- A+

Antarktida yox olur, suyun səviyyəsi qalxır

NASA əvvəllər Şərqi Antarktidada stabil və qlobal iqlim dəyişikliklərinə reaksiya verməyən buzlaqların əriməyə başladığını aşkar edib.

Adalet.az xəbər verir ki, bu barədə məlumatı NASA-nın saytında yer alıb. Məlumata görə, bu buzlaqların əriməyə davam edəcəyi təqdirdə dünya okeanının səviyyəsi əhəmiyyətli səviyyədə qalxacaq və bütün planet üçün fəlakətli nəticələrə gətirib çıxaracaq.

NASA bu regionda, xüsusilə, ən böyük buzlaq hesab edilən Tottenin əriməyə başladığını bildirib. Belə ki, bu buzlağın tam əriyəcəyi təqdirdə dünya okeanlarının səviyyəsinin 3 metr qalxacağı iddia edilib.

Totten buzlağı ilə bərabər Andervud, Bond, Adams və Vanderford buzlaqlarının əriməyə başladığı da açıqlanıb. 2008-ci illə müqayisədə bu buzlaqların səviyyəsinin 3 metr azaldığı və illik 25 santimetrlik ərimə müşahidə edildiyi vurğulanıb.

NASA mütəxəssislərinin fikrincə, Şərqi Antarktidada ərimənin sürətlənməsinə səbəb okeanda buz səviyyəsinin dəyişilməsiylə əlaqədar dərinlikdən çıxan isti sudur.