adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2018 12:26
6573
HADİSƏ
A- A+

Qanunsuz ov edən daha 5 nəfər saxlanıldı

Şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir.

​DİN Mətbuat Xidmətindən Adalet.az -a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov etdiklərinə görə rayonun Orta Muğan kənd sakini olan 3 nəfər saxlanılıb, onlardan 3 ədəd ov tüfəngi götürülüb.

​Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə rayonun Yenikənd kənd sakini olan 2 nəfərdən müvafiq sənədləri olmayan 2 ov tüfəngi götürülüb.

​Bu istiqamətdə tədbirlər davam etdirilir.