adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Dekabr 2018 12:14
8279
HADİSƏ
A- A+

Maşından 8 kq-dan çox tiryək aşkar edildi

Ötən gün Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən Adalet.az -a verilən məlumata görə, dekabrın 11-də daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xırmandalı kəndi ərazisində "Ford-transit” markalı avtomobil saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Şahin Qəfərovun idarə etdiyi həmin nəqliyyat vasitəsindən çəkisi 8 kiloqram 55 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.