adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2018 12:09
5970
GÜNDƏM
A- A+

231 milyon manata yaxın vəsait gizlədilibmiş

Xronometraj metodu ilə müşahidə yekunlaşdırılmış obyektlər üzrə 2018-ci ilin 9 ayı üzrə cari bəyannamədə göstərilən orta günlük dövriyyə məbləği 2,4 dəfədən çox artıb. Əldə edilən sənədlər üzrə aparılmış təhlillər zamanı əvvəlki dövriyyələrin 3.2 dəfə və ya təxminən 231 milyon manata yaxın vəsaitin gizlədildiyi aşkar edilib.

Adalet.az xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov deyib. Onun sözlərinə görə, əməkhaqqı üzrə ödəmələrin yayındırılması halları müəyyən edilmiş 22 vergi ödəyicisi üzrə 2018-ci ilin 9 ayında bəyannamələrdəki məbləğlərinin real göstəricilərə nisbətən 7.6 dəfə az əks olunduğu müəyyən edilib.

"Bəzi özəl tibb müəssisələrinin rəsmi sənədlərində həkimlərə verilən aylıq əməkhaqqı məbləği 130-490 manat göstərilməsinə baxmayaraq, bu məbləğin bir sıra hallarda on minlərlə manat arası olduğu təsdiqini tapıb. Bundan başqa, xəstəxanalardan müayinə üçün göndərilən həkimlərə xəstə tərəfindən ödənilən məbləğlərdən müəyyən faiz şəklində vəsaitlərin ödənildiyi halları da öz təsdiqini tapıb.

Bəzi klinikalarda tanınmış həkimlərin gəlirləri əməliyyatdan daxil olmuş məbləğlərin 50-70%-ini əhatə etdiyi aşkar edilib. Aparılan yoxlamalar özəl tibb müəssisələrində qeyri-rəsmi əməkhaqlarının geniş tətbiq edilməsini bir daha təsdiq edib".