adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2018 11:47
13774
DÜNYA
A- A+

Ankarada qatar qəzası: Ölü sayı artdı

Türkiyənin paytaxtı Ankarada baş verən qatar qəzasında ölənlərin sayı artıb.

Adalet.az xəbər verir ki, son məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb. Yaralanan 46 nəfərdən 3-nün vəziyyəti ağırdır.

Bundan əvvəl yayılan xəbərlərdə isə 4 nəfərin öldüyü bildirilmişdi.

***09:20

Türkiyədə Ankara-Konya marşrutu üzrə hərəkət edən sürət qatarı qəzaya düşüb.

Qəza Yeniməhəllə rayonunun Marşandiz stansiyasında qeydə alınıb. Hadisə nəticəsində iki vaqon relsdən çıxaraq aşıb.

Ankara valisi Vasip Şahin bildirib ki, qəza zamanı 4 nəfər ölüb, 43 nəfər yaralanıb. Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.