adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2018 11:24
15808
ELM VƏ TƏHSİL
A- A+

Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq olimpiadada iştirak ediblər

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrindən ibarət dörd komanda Gürcüstanda keçirilən "43-cü ACM İCPC – Universitet Tələbələrinin Proqramlaşdırma üzrə BeynəlxalqMüsabiqəsi”ndə iştirak ediblər.

Adalet.az xəbər verir ki, Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Süleyman Süleymanzadənin rəhbərliyi altında on bir tələbənin iştirak etdiyi beynəlxaq olimpiadanın yarımfinalında NEERC (Northeastern European Regional Contest) regionda yerləşən ölkələrə aid 318 komanda iştirak edib. Tbilisi şəhərində yerləşən "Avropa Universitetində” baş tutan olimpiadada yarışlar fərdi və komanda şəklində keçirilib. 5 saat davam edən yarışda Dinamik proqramlaşdırma, Qraf nəzəriyyəsi, Hesablama Geometriyası kimi 12 alqoritmik məsələnin həlli üzərində işlənilib.

Olimpiadanın növbəti günü isə Qafqaz regionu üzrə tələbələrin fərdi yarışması keçirilib. Tələbələrə verilən 5 saat ərzində 5 müxtəlif alqoritmik məsələ üzərində işlənilib. BANM-ın 5-ci kurs tələbəsi Anar Piriyev fərdi yarışmada III dərəcəli diplomla təltif olunub.