adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2018 10:44
7282
MƏMLƏKƏT
A- A+

Metroda mübahisə edən gənclər barışdılar

Ötən gün metronun "Gənclik" stansiyasında iki sərnişin arasında mübahisə düşüb.

Bunu AzVison.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Qurum rəsmisi bildirib ki, polis və metropoliten işçiləri həmin şəxslərə yaxınlaşaraq məsələni aydınlaşdırmağa çalışıblar.

"Həmin yerdə ictimai-asayiş pozulmadığına və hər iki sərnişin barışdırıcı mövqe tutaraq şikayətçi olmadığı üçün hadisə yerində kiçik izahat işi aparılıb. Polis şöbəsinə aparmağa ehtiyac qalmayıb. Hər iki şəxs orada barışıb".

Qeyd edək ki, ötən gün saat 18:30 radələrində Bakı metrosunun "Gənclik" stansiyasında iki sərnişin arasında dava olduğu barədə məlumat yayılmışdı.