adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Dekabr 2018 20:00
12932
İDMAN
A- A+

“Qarabağ” onunla yolları ayırır

Qış fasiləsində "Qarabağ”dan göndəriləcək ilk futbolçu müəyyənləşib.

Qol.az-ın əldə etdiyi məlumata görə, mövsümün əvvəlində "Bursaspor”dan transfer olunan Con Delarjla müqaviləyə xitam veriləcək. Konqolu hücumameylli yarımmüdafiəçinin çıxışı Qurban Qurbanovu qane etmədiyindən baş məşqçinin onun komandada qalmasında maraqlı olmadığı bildirilir.

28 yaşlı futbolçu özü də bu gün "futbolinfo.az” saytına açıqlamasında qış fasiləsində "Qarabağ”dan ayrıla biləcəyini istisna etməyib.

Qeyd edək ki, "Qarabağ” Delarja görə "Bursaspor”a 170 min avro təzminat ödəmişdi. Onunla 2+1 illik müqavilə imzalanıb.