adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Dekabr 2018 17:35
14288
KRİMİNAL
A- A+

Sərhədi saxta sənədlərlə keçmək istəyənlər tutuldu

Son günlərdə dövlət sərhədindən buraxılış məntəqələrində 5 şəxsin saxta sənədlərlə dövlət sərhədindən keçmələrinin qarşısı alınıb.

Bu haqda Dövlət Sərhəd Xidmətindən Adalet.az-a verilən məlumatda bildirilib.

Dekabrın 2-də Moskva-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1989-cu il təvəllüdlü Anwar Johnynin Böyük Britaniyaya məxsus pasportun qismən saxta olması, dekabrın 4-də Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı 1984-cü il təvəllüdlü İmran Saqibin İsveçə məxsus İD kartının tam saxta olması, dekabrın 5-də Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1993-cü il təvəllüdlü Zubaydiva Ziyodanın pasportunda tarix-ştampların saxta olması, dekabrın 6-da Erbil-Bakı reysi ilə uçub gələn Böyük Britaniya vətəndaşı 1984-cü il təvəllüdlü Swar Solav Moohammed Aminin pasportunun saxta olması müəyyən edilib, araşdırma zamanı üzərindən ona məxsus İraq vətəndaşı 1982-ci il təvəllüdlü Qahriya Sulaiman Husseinin adına olan pasport aşkar olunub.

Dekabrın 7-də Dubay-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1992-ci il təvəllüdlü Chaudhari Ravindrakumar Joitabhainin Azərbaycan Respublikasına elektron vizasının saxta olması aşkar olunub.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.