adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Dekabr 2018 17:19
16108
KRİMİNAL
A- A+

Sabunçu rayon sakinindən narkotik və qumbara götürülüb

Polis əməkdaşları tərəfindən saxlanılan şəxsdən narkotik, evindən isə qumbara aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Sərxan Çobanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana və güclü təsiredici xüsusiyyətə malik olan metamfetamin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Bakıxanov qəsəbəsindəki yaşadığı evdən "F-1” qumbarası da aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı araşdırma aparılır.