adalet.az header logo
  • Bakı 7°C
13 Dekabr 2018 11:38
17887
MARAQLI
A- A+

Bir ton şokolad yola dağıldı

Almaniyanın qərbindəki Verl şəhərində yola bir ton şokolad dağılıb.

Adalet.az-ın məlumatına görə, hadisə şokolad fabrikində qəza nəticəsində baş verib.

Qəza nəticəsində maye şokolad kütləsi 10 kvadrat metr əraziyə dağılıb və donub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yol kürəklə təmizlənib.