adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Dekabr 2018 16:59
6039
HADİSƏ
A- A+

Bakıda tikiş sexində partlayış - 2 nəfər xəsarət aldı

Bakının Qaradağ rayonunda ümumi sahəsi 67 kv.m olan, tikiş sexi kimi fəaliyyət göstərən birmərtəbəli 3 otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib.

Bu haqda Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, nəticədə 2 otağın yanar konstruksiyaları 37 kv.m sahədə yanıb.

Hadisə zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.