Bu gün belə biz zamanda, bu qədər qəzet və jurnalist bolluğunda söz demək, imza tanıtmaq hər oğula qismət olan iş deyil. Biz bu gün Azərbaycan mətbuatında otuz-qırxdan artıq imza saya bilmərik. Elbrus Ərud həmin otuz-qırx adamın içindədir. Ən maraqlısı isə odur ki, Elbrus Ərud nə qəzetdə, nə də televiziyada işləyir. O, informasiya agentliyində, jurnalistlərin imzası qoyulmayan bir mətbuat orqanında çalışır. Məsələ ondadır ki, Elbrus Ərudun yazdığı hər hansı bir yazı və ya götürdüyü müsahibəni dərhal tanımaq olur. Adam o dəqiqə bilir ki, bu müsahibəni Elbrus Ərud götürüb. Bu da ondan irəli gəlir ki, Elbrus Ərud həm bugünkü, həm də köhnə jurnalistikanı ümumiləşdirə bilib. Bizim gözəl jurnalistlərimiz olub, ancaq onlar köhnədə qalıblar. Və bu gün də yaxşı jurnalistimiz var, köhnədən xəbərləri yoxdur. Yəni istedad var, özül, ənənə və əxlaq yoxdur. Hər bir şeyin əxlaqı olduğu kimi yazının da əxlaqı olur. Elbrusun qələbəsi onda oldu ki, ənənəvi və müasir jurnalistikanı öyrəndi.
Jurnalistikada ən çox tələb olunan qabiliyyət qarşında oturan adamı danışdırmaq bacarığıdır. Xəstə var ki, həkim onu müalicə edə bilmir. Çünki həmin həkim o xəstəni danışdıra bilmir. İnsanlar da var ki, onların içi doludur, çox gözəl müsahibdirlər. Ancaq jurnalist onları danışdıra bilmir. Çünki jurnalist onun içinə girə, müsahiblə yaşaya bilmir. Oturub müsahiblə gələcək, keçmiş planlarından danışır. Belə olanda da müsahib partlaya-partlaya qalır. Elbrusun qabiliyyəti ondadır ki, o, qarşısındakı müsahibləri çox yaxşı öyrənir. Digər tərəfdən onun bir fitri istedadı da var ki, hətta öyrənmədiyi müsahiblərin ürəyini də oxuya və ondan istədiyini qopara bilir. Bəzən görürsən ki, kimsə Qədir Rüstəmovdan müsahibə alır, ancaq ortada istənilən yoxdur. Çünki həmin jurnalist Qədirlə eyni hissdə, duyğuda deyil. Qədir belələrinə qaydıb "ta bəsdi dəə" deyir.
Mən Elbrusun nəsrlə məşğul olduğunu bilmirdim. Onun bir neçə hekayəsini oxudum. Bu hekayələr mənə çox maraqlı gəldi. Jurnalistikadan ədəbiyyata gəlmək çox çətin məsələdir. Jurnalistika ilə ədəbiyyatın dili bir-birindən fərqlənir. Vaqif Bəhmənli "Sovet kəndi" qəzetində işləyəndə Məmməd Araz çox dilxor olmuşdu. Səbəbini soruşanda deyirdi ki, Vaqif çox böyük şairdir, bu qəzet onu məhv edəcək. Məmməd Araz bu gənc şairin öz istedadının bir hissəsini onun-bunun mənasız yazılarını redaktə etmək və xəbər yazmağa həsr etməklə jurnalistikasının poeziyasına təsir edəcəyini deyirdi.
Jurnalistikadan ədəbiyyata gəlmək, ədəbiyyatla jurnalistikanı bir-birinin içinə qoymamaq, yazdıqlarının bədii ədəbiyyatdan çox sənədli ədəbiyyata çevrilməsinə imkan verməmək çox çətin məsələdir. Mənim sevindiyim o oldu ki, Elbrusun jurnalistikası onun ədəbiyyatına zərbə vurmayıb. Mən hiss etdim ki, Elbrus Azərbaycan ədəbiyyatını çox yaxşı oxuyur. Yazıçılar şirin və sərt dilli olur. Bir var Mirzə Cəlil, bir var Əhməd bəy Ağayev, bir var Əkrəm Əylisli, bir də var Sabir Əhmədov. Mən gördüm ki, Elbrusun yazılarında axıcı, şirin dil xüsusi diqqət çəkir.
Qələm adamı həyatdan götürdüyünü yazırsa, bu, jurnalistika olur. Ancaq yazıçı həyatdan götürdüyünü öz təxəyyülünə keçirdərək düşündüyünü xalqa çatdırır. Mən Elbrusun hekayələrində bu qabiliyyəti gördüm. Onun "Qurbanlıq qoçun ölümü", "Kirayə evlər", "Bu nömrə həyat dairəsi xaricindədir", "Əhli və Ağabəyim" hekayə və yazılarını oxuyanda gözəl ədəbi dilin və təxəyyülün şahidi oldum. "Qurbanlıq qoçun ölümü" hekayəsində hadisələr çox gözəl təsvir edilib. Hamı istəyərdi ki, nənənin bəslədiyi qurbanı arzuladığı yerdə kəssin. Faciə ondadır ki, nənə öz arzusuna çata bilmir. Bəlkə Tanrı onun qurbanlığını qəbul edə bilmədi. "Kirayə evlər"i oxuyanda isə bizim hər birimizin həyatını qələmə aldığını görürsən. Onun hekayələrində hər şeydən əvvəl qeyd etməli cəhət axıcı və şirin dili, təxəyyülüdür.
Mənim ön söz yazdığım bu kitabda Elbrusun təkcə bədii yaradıcılığı deyil, həm də jurnalistikası var. Onun aldığı ədəbiyyat müsahibələrinin hər birində yaradıcı adamlar bir qədər çarmıxa çəkilir, təbdən çıxarılır, içi açılır. Elbrus bu müsahibələrin hər birində məqsədinə çatır. Elbrus kimdən müsahibə alıbsa, onu yerindən oynada bilib. Oxucular görəcəklər ki, bu müsahibələr adi müsahibələr deyil. On ildən, iyirmi ildən sonra bunlar ədəbiyyata çevriləcək nümunələrdir. Bu müsahibələri alan adam əvvəl-axır ədəbiyyata gəlməlidir. Əslində o müsahibələrin hər biri hekayədir. Sadəcə olaraq onlar sənədli hekayələrdir. Mən onlara dialoq hekayələr deyirəm.
Azərbaycan ədəbiyyatında tarixən çox böyük yazıçı və şairlərin jurnalistika ilə məşğul olduğunun şahidi olmuşuq. Vaxtilə Nüsrət Kəsəmənli, Siyavuş Sərxanlı, Seyran Səxavət kimi yazıçı və şairlərin jurnalist kimi yazdığı yazılar, aldığı müsahibələr böyük ədəbiyyat nümunələrinə çevrilib.
Azərbaycanda Elbrusdan da istedadlı jurnalistlər var. Lakin onların çoxunu araq və müştəbehlik aparıb. Hələ dünyada heç kim arağı yıxa bilməyib, hamını araq yıxıb. Sevinirəm ki, Elbrusda bu mənfi keyfiyyətlərin heç biri yoxdur. Bu, onun qələbəsidir. Mən onu çox istəyirəm. Mən onun yazılarına baxanda görürəm ki, Azərbaycan ədəbiyyatına gənc, istedadlı bir yazıçı gəlir. Əgər belə davam edərsə... Ona uğurlar arzulayırıq.