adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Dekabr 2018 15:28
13294
DÜNYA
A- A+

Ərdoğan: Türkiyə 3 günə Suriyanın şimalında yeni hərbi əməliyyata başlayır

Türkiyə 2-3 gün ərzində Suriyanın şimalında, Mənbic bölgəsində PKK-nın Suriya qanadı və PYD/YPG-yə qarşı yeni hərbi əməliyyatlara başlayacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Suriyadakı terrorçuların arasında amerikalı əsgərlər də var:

"ABŞ Türkiyəyə PKK-nın Suriya qanadı və PYD/YPG-ni dəstəkləməyəcəyinə söz versə də, rəsmi Vaşinqton vədinə xilaf çıxdı".