Milyarder ərəblər və ac Yəmən

EMİNQUEY AKİF
51480 | 2018-12-12 15:04

Onlardünyanın ən çox var-dövlətə sahib olan insanlarıdırlar. Və təntənəliyaşayışları ilə həmişə diqqət mərkəzində olurlar. Ailələrində 7000 şahzadə var,onların da çoxusu yüksək vəzifələrdə işləyirlər. Bir məsəl var ha, "əlimisallasam əllisi”, eynən əlinizi sallasanız bir Səudiyyə şahzadəsinə çatar.Onların hər biri ayrı bir sarayda, ya da heç xəyalınıza gələ bilməyəcək qədərmöhtəşəm villalarda yaşayırlar. Salman bin Abdul Əzizin 38 övladı var və çoxusuda Amerikada, İngiltərədə, Fransada universitet bitiriblər.

Ölkəninkralı həm nazirlər qurumuna başçılıq edir, həm də baş nazir səlahiyyətlərini yerinəyetirir. Yəni qısası, bir əmrlə istədiyi adamın başını kəsdirə bilər. Məlum, Ərəbistandünyanın ən çox edamlar olan bölgəsidir. Ölkədə qəribə qadağalar var. Məsələn,günaha təşviş etdiyi üçün kinoteatrlar bağlanıb. Təkcə bir kinoteatr var ki,ora da ancaq kişilər və 9 yaşından kiçik qız uşaqları gələ bilər. Məkkə və Mədinəkimi turistlərin çox gəldiyi şəhərlərdə dini qaydalar biraz yumşaldılıb. Ancaqölkənin bir çox şəhərlərində qadınların bazarda şüyüd, kök, xiyar kimi ərzaqlaraəl vurmağı kişilərdə şəhvət hissi oyada biləör deyə qadağandır. Məhkəmələrdəiki qadın şahidi lazım olur. Bir dəfə yeddi kişinin təcavüzünə məruz qalan birqadın özünə şahid tapa bilmədiyi üçün 200 qamçı cəzası almışdı. Kişilərin qəribəsalamlaşmağı var. Salamlaşarkən burunlarını bir-birinə 3 dəfə toqquşdururlar.Kral ailəsi bütün qadağalardan azaddır. Ailə üzvlərinin bir çox ölkələrdə şirkətləri,villaları var. Bir neçə il qabaq kral Salman bin Abdul Əziz Fas krallığına1000 nəfərlə tətil üçün birgə getmiş və bir ayda 100 milyon dollar xərcləmişdi.Şahzadələrdən birinin Fransada 500 min yevrosunu oğurlayırlar. Amma polisə getməyivə ifadə verməyi vaxt itkisi kimi görüb şikayətçi olmaqdan imtina etmişdi. Ərəblərqızıl xəstələridirlər. Şahzadələrdən Əlvalid bin Talalın heç taxmadığı saatkolleksiyalarından birinin ümumi qiyməti 750 milyon dollardır. Onlarınmaşınlarının çoxusu qızılla bəzədilib. Onların bu xəstəlikləri dünya tərəfindənnormal qarşılanmasa da, özləri üçün bu normal haldır. Onlar hər şeyin ənbahalısına və böyüyünə sahib olmaq istəyirlər.

Bütünbunlarla yanaşı yoxsul ölkələrə yardım edən ölkələrin sırasında Səudiyyə Ərəbistanıson sıralardadır. Ölkənin çox hissəsini çöl təşkil edir. Bir neçə də dağ var.Bu dağların ətəkləri varlı adamların evlərilə doludur. Onlar o evləri sərinləməküçün tikiblər. Dəvələrdən əyləncə və nəqliyyat vasitəsi kimi istifadə edirlər.

Ən çox maşınyarışları təşkil etməklə əylənirlər. Bu yarışlarda ölənlər və yaralananlar daçox olur. Onlar buna görə cəzalanmırlar. 

Qadınlar seçim və seçilmə hüququndan məhrumdurlar. 

Ölkədəki işçi qüvvəsinin yüzdə beşi qadınlardır. 

Teatr, heykəl, rəsm və İslamauyğun instrumentlərin olmadığı musiqilər qadağandır. Qadağanı pozanlar ölüm cəzasıbelə ala bilərlər. Amma kral ailəsi xarici ölkələrdə incəsənət sahələrində fərqlidirlər. 

Keçmiş krallardan biri Vahid caza vurğun olduğu üçün getdiyi ölklərdə cazmusiqiçilərinə konsertlər təşkil edirmiş. Ərəbistan şahzadələri vaxtlarının azqismini Ərəbistanda keçirirlər. Təbii ki, şahzadələrin belə çox olduğukrallıqda taxt uğrunda daxili çəkişmələr də qaçılmazdır. Ölkədə dini basqılarınolduğunu deyən və ölkədə ciddi dəyişikliklərin olmasını tələb edən şahzadəTürki bin Bəndər həmfikirləri ilə yoxa çıxdılar və heç vaxt onlardan bir xəbərbelə gəlmədi.

Dünyada 32milyard sərvətlə ən varlı adamlar siyahısına düşən şahzadə Talal "Foks, Snəpçat,Əpl” kimi şirkətlərdə paya sahibdir.

O, gənclikillərində belə bir gülməli hadisə yaşayır. Məktəbə limuzin və kartrejləgedirmiş. Sinifyoldaşları isə tramvayla məktəbə gəldiyi üçün Talal atasınaşikayətlənir. Ki, mən sinifyoldaşlarımdan utanıram, onlar dərsə tramvayla, mənsəlimuzinlə geəlib-gedirəm. Atası tramvayın nə olduğunu bilmir və ona pul göndərirki, bizi uşaqların yanında biyabır eləmə, get özünə tramvay al.

Talal dəyişiklikləriən çox tələb edənlərdən biridir və xüsusilə qadınların iş həyatı yaşamasını dəstəkləyir.Bu səbəblə dünyaca məşhur şirkətlərində işləyənlərin çoxusu qadındır.

Ərəbistanorduya ən çox pul xərcləyən ölklər siyahısında dördüncüdür. Gəlirlərinin 45faizi neftdən, qalanları isə Həcc, Ümrə və dini turizmdən əldə olunur. Silahların çoxusunu Amerikadanalırlar. Və ən çox hərbi müdaxilələri Yəmənədir. Yəmənə hərbi müdaxilə nəticəsində10 minlərlə insan dünyasını dəyişib, 84 min uşaq acından ölüb, 14 milyon adamsasəfalət içindədir. Bu vəziyyət isə heç bir İslam ölkəsinin vecinə deyil.

TƏQVİM / ARXİV