adalet.az header logo
  • Bakı 6°C
14 Dekabr 2018 10:51
22462
İDMAN
A- A+

PUL ÇOX ŞEYDİ, AMMA HƏR ŞEY DEYİL

Qurban Qurbanovun təxminən alacağı 400 min manat təzminatdan imtina etməsi hamıya çöçün gəlib. Və bunu «Şok» başlığı ilə manşetlərə daşıyırlar. Amma mən bu xəbərdən nə şok oldum, nə də bu xəbər mənə çöçün gəldi. Qurban Foqts kimi nemes deyil , bu millətin oğludu. Və onun üçün də önəmli olan pul deyil, dəli kimi sevdiyi futboldu. Məhz bu xarakterinə görə də xalqın sevimlisinə çevrilib. Qurbanın futbola olan sevgisi və qara sevdası bütün sevgilər və qara sevdalar kimi pulla ölçülmür.