adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Dekabr 2018 12:52
13761
SİYASƏT
A- A+

Fransada olan azərbaycanlı deputat Strasburq terrorundan DANIŞDI

Dünən – dekabrın 11-də Fransanın Strasburq şəhərində atışma baş verib. Silahlı şəxsin insanları atəşə tutması nəticəsində 3 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Atışma şəhərin mərkəzində təşkil olunmuş Milad bazarında baş verib.

Hazırda Strasburq şəhərində olan Azərbaycan Milli Məclisinin deputatı, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir FeyziyevModern.az-a bildirib ki, hadisə baş verən zaman şəhərdəki bütün binalar bloklanıb.

"Həmin binalarda yaşayan şəxslər isə küçələrə buraxılmayıb. İnsanlara bildirilib ki, heç kim evdən çölə çıxmasın. Bütün gecə ərzində axtarış əməliyyatlarının aparılmağına baxmayaraq terrorçunu hələ ki tapmaq mümkün olmayıb. Bu gündən isə şəhərdə vəziyyət normallaşıb və insanlar əvvəlki qaydada yaşamağa başlayıblar. Lakin 600-dən çox polis və jandarm qüvvələri terrorçunun axtarışı istiqamətində işlər görürlər. Axtarışlar davam etdirilir”.