Bakıda bir ay ərzində 2 mindən çox ağac əkildi
Ölkə başçısının yeni yaşıllıqların salınmasıyla bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə başlanan ağacəkmə aksiyaları davam edir.
Adalet.az-ın məlumatına görə, Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yerinə yenisinin əkilməsi məqsədilə rayon icra hakimiyyətləri ilə birgə Akim Abbasov, Səməd Vurğun, Xəlil bəy Xasməmmədov, Rəşid Behbudov, Əhməd Cavad və Murtuza Muxtarov küçələrində ümumilikdə 22 qurumuş və təhlükə yaradan ağacın yerinə 300 ədəd müxtəlif cinsli ağac əkilib.
ETSN vətəndaşlardan xahiş edir ki, qurumuş və təhlükə yaradan ağaclarla bağlı Nazirliyin 168 nömrəli "Qaynar xətt” inə məlumat versinlər.