adalet.az header logo
  • Bakı 7°C
11 Dekabr 2018 17:36
14586
KRİMİNAL
A- A+

İlqar Məmmədovun evi qarət edildi

Rusiyanın Moskva vilayətinin Novoqorsk şəhərində azərbaycanlı idmançı, Rusiyanın qılıncoynatma üzrə milli komandasının baş məşqçisi İlqar Məmmədovun evi qarət olunub.

BakuPost xarici mətbuata istinadən xəbər verir ki, idmançıya 200 min rubldan çox zərər dəyib.

Oğrular plastik pəncərəni sıxma yolu ilə evə daxil olublar və evdən zərgərlik məmulatlarını, altı qadın qol saatını aparıblar. Fakt üzrə cinayət işinə başlanıb.

Xatırladaq ki, İlqar Məmmədov ikiqat olimpiya çempionu və dünya çempionudur.