adalet.az header logo
  • Bakı 7°C
11 Dekabr 2018 17:13
11836
SİYASƏT
A- A+

XİN: Türkiyə Fransada aksiyaların dayandırılmasının lehinədir

Türkiyə Fransada aksiyaların dayandırılmasının lehinədir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavusoğlu deyib.

Türkiyəli nazir əlavə edib ki, Avropada sabitlik Türkiyə üçün çox vacibdir.

M.Çavuşoğlu əlavə edib ki, Fransada vəziyyətin gərginləşməsini istəyən qüvvələr də var.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron kütləvi etiraz aksiyaları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

Yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır.