adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Dekabr 2018 17:07
6484
HADİSƏ
A- A+

“Mercedes”in vurduğu piyada öldü - BAKIDA

Ziya Bünyadov prospektində "Mercedes” markalı avtomobillə paytaxt sakini vurulub.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, dekabrın 10-da saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Zaur Osmanov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Məhbubə Alıyevanı vurub və nəticədə qadın hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.