Dükandan oğurluq edənlər... Qıza sataşıb döyülənlər... - Eminquey yazır

EMİNQUEY AKİF
41538 | 2018-12-11 15:07

Bəzəndüşündüyün kimi olmur adamlar. Birinin ölümü, birinin gedişi qolundan tutub sənihadisələrin ən qaynar yerinə atır. Cavansan, nə edəcəyini bilmirsən. Bəzənyanlış addımlar atırsan. Düşünmürsən ki, adam sözü addım sözüylə bir-birinəoxşayır. Ömür boyu adam-adam, saat-saat addımlayıb finişə çatırsan. Və finişdənə gördüyünü kiməsə deyə bilmirsən. Mənimki də dərddir axı. Guya finişdən bu tərəfdəgördüklərinin hamısını kiməsə danışa bilirsən axı.

Ammayaşadıqlarını çəkinmədən, qorxmadan danışan adamlar var. Danışır və sonda səhvinietiraf edir.

Bu yaxınlarda bir tanışım danışır ki, on yeddiyaşlı, saçı uzun, xuliqan yerişli vaxtlarım idi. Elə o zamanlar da indiki kimisaqqal saxlayırdım. Çayxanada işləyirdim. Evə ancaq yatmağa gəlirdim. Müdirim dəüç mən boyda idi. Açığı ona cavab qaytarmağa əvvəl-əvvəl çəkinirdim. Bir yumruqqoysa soğan kimi partlayardım. Ən çox da bir hadisədən sonra gözümün odunualmışdı.

***

Zal adamladoludur. Tüstüdən masadan-masaya göz-gözü görmürdü. Qəfil bir oğlan girdi içəri.Çeçenka saçları, qolunda, boğazında döymə olan oğlan müidirim Şahinəyaxınlaşdı, əl verib salamlaşdı. Kabinetə keçdilər. Həmişəki qonaqlarından biriolduğunu zənn eləmişdim. Şahinin yanına o qədər adam gəlib-gedirdi ki. Hamısıda müftəyə.

Darkoridorla əlimdə qəlyan zala keçəcəkdim ki, kabinetdən qışqırıq səsi gəldi.

- Əclaf! Ay bişərəf! Sənin kimiləridi də kişi adınaləkə gətirən, murdarın balası.

Kabinetindivarında balaca nəfəslik var idi. Boylanıb içəri baxdım. Şahin oğlanın çeçenkasaçlarından yapışıb başını dizinə çırpırdı. Oğlanın başını öz dizinə. Bayaqlotu-potu yerişlə içəri girə oğlan iki qat olmuşdu. İndi kim deyə bilərdi ki,Şahin o oğlanı döyüb? Qıraqdan elə görünürdü ki, oğlan peşman olub, başınıdizinə döyür. Gülmək tutdu məni. Bir anlıq Şahin qapıya tərəf gəldi, qorxumdantez qapının ağzından götürüldüm.

Qəlyanıqızışdırıb müştəriyə verdim. Yenə mətbəxə qayıtdım. Qəfil səsə dik atıldım.Makkaşla tutduğum kömür əlimdən yerə çırpılıb para-para oldu. Səsə boylandım. Mətəbəxdənkoridor görünürdü.

Dadamb!

Qapıaçılıdı, çeçenkalı oğlan koridora uçdu. Eynən hind filmlərindəki kimi. Qəşəng mənzərəidi. Oğlan çölə uçan vaxt uzun çeçenka saçları bir havalandı ki, gəl görəsən.Qolundakı şir döyməsi cücəyə döndü gözümdə.

- Şərəfsiz! Sürüş burdan! Duxun var, bir də bu həndəvərəayağın dəysin.

***

Şahin mətbəxəgəldi. Kefi kök idi. Açığı bu birtərəfli davadan sonra elə bilirdim ki, qanıqaralacaq.

- Müştərilərlə söhbət necədi? İş gedir?

- Hə, Şahin, problem yoxdu, narahat olma.

- Ver, qəlyanı özüm qızışdıracam, ciyərlərim bayrameləsin.

Məqam idi.Bayaqkı davanı soruşmasaydım ürəyim alışardı.

- Şahin, o oğlan kimiydi? Niyə o günə qoydun onu?

- Ə, heç nə.

- Yox e, nəsə olmasa adamı otaqdan uçurdarlar?

- Əclaf, şərəfsiz Əcəmidə qıza sataşıb, qız da mənimdostumun bacısıdı. Bu o oğlandı ki, məni görəndə iki qat əyilib salamlaşır e. Mənbelə şərəfsizlərə salam vermişəm?!

***

Çayxanaylaüzbəüz balaca bir dükan var. Yaşlı bir kişi işlədir oranı. Mən elə bilirdim ki,o dükan ancaq al-ver üçündür. Ta ki, uşaqların hər gün mənə iki-üç qutu bahalısiqaret gətirməyindən şübhələnənə kimi.

- Ruslan, sən adama bir qəpik də verən deyilsən, nəəcəb hər gün bu bahalı siqaretlər hardan gəlir?

- İlkin, sənə nə e. Allahına şükr elə ki, Kent 8 çəkirsən.

Gülüşdük.

- Yox e, əl çəkməyəcəm, de görüm.

- Üzbəüz dükan var ha.

- Hə, var.

- Ordan əkişdiririk. Bir dəfə gedəndə səni dəaparacam, bax gör qaqan neyləyir.

- İndi məni də zibilə salmaq istəyirsən?

- Qorxma, kişinin heç dünyadan xəbəri də yoxdu.

- Voopşe gəl indi gedək.

Dükanagirdik. Kolbasa, xama saxlanılan enli bir soyuducu var, yanında da hündür evsoyuducusu. Arxada da bir kişi oturur. Ruslana pıçıldadım:

- Adam da bu kişidən nəsə oğurlayar? Gör necə məsumadamdı.

Ruslan gözvurub "Elə bu kişidən oğurlayarlar da. Görmürsən, qulağı da zəif eşidir” dedi.Sonra "İndi mən ondan soyuq Fanta ver” deyib hərəkətə keçdi.

- Emin, kişi soyuducunun qapısını açıb Fantanıgötürənə kimi sən də əlinə nə keçdi götür.

Duruxdum, əlim-ayağımtitrəməyə başladı.

Həqiqətən dəsoyuducunun qapısı elə idi ki, kişi ordan Fantanı götürəndə mən olan tərəfigörmürdü. O məqamda bakkuş, kökə, cipsi götürüb soxdum şalvarımın arxasına, yanciblərinə. Ruslansa piştaxtanın qabağına düzülmüş siqaretlərdən ikisini götürübqoydu cibinə. Fantanın pulunu verdik. Şalvarımın arxasında cipsi olduğu üçünbiraz şiş görünürdü. Ona görə də Ruslan mənim arxamca çıxdı ki, kişi görməsin.

Amma eləbilməyin ki, İlkinlə Ruslanın məsələsi burda da bitdi. O deyir ki, biz həftədəbir dəfə bunu təkrarlayırdıq. Ki, kişinin ruhu inciməsin, bizdən şübhələnməsin.

Bir günRuslan böyük işə girişmək istədiyini dedi.

- Belə olmaz e. Əyləncəmizi biraz da böyütməliyik.

- Necə yəni?

- Çox şey oğurlamalıyıq.

Yenə dükanagirdik. Kişiylə salamlaşdıq. Dilxor idi. Ruslan mənim vaxtımı uzatmaq üçünkişiylə hal-əhval tuturdu.

- Dayı, nə olub, bikefsən?

- Nə olacaq, ay bala? Üç həftədi ki, dükandan mal əskikgəlir. Hansısa əclaflar burdan nəsə oğurlayır.

- Bəlkə haqq-hesabı düz aparmırsan?

- Ola bilməz e, bu boyda malı səhv hesabladım? Üç həftəyə70 manat əskiyim var.

Ruslanla kişisöhbətləşir, İlkinsə yavaş-yavaş kişinin diqqəti Ruslana kəsilən kimi əlinə nəkeçdi qoyur şalvarın cibinə. İlkin deyir ki, sırf o oğurluq üçün çoxlu cibiolan kombat şalvarımı geyinmişdim. Deyir, təsəvvür elə, ciblərim tıx-təpildoludu. Ruslan da biraz kolbasa, biraz da çörək aldı. Plan bu idi ki, sonra mənyaxınlaşıb kişidən yenə soyuq fanta istəyəcəm. Kişinin başı soyuducuyaqarışacaq, Ruslan da qapıya yaxın olanb yeşiklərdən birini götürüb aradançıxacaq.

- Dayı, ordan soyuq fanta ver.

Kişi başınısoyuducuya saldı. Ruslan yeşiyi götürüb qapıdan çıxırdı ki, kişi dikəldi,fantanı mənə uzadanda Ruslanı gördü. Ruslan götürüldü düz çayxanaya. Kişi dədalınca. Kişi Ruslana çata bilməsə də onun girdiyi çayxananı görmüşdü. Bu məqamdamən də əkilmişdim dükandan. Ruslan səhv eləmişdi, o, çayxanaya girməməli idi.Girməsəydi kişi onu tuta bilməzdi.

Sonra Şahingəldi. Axı çayxananın yiyəsi odur. Şahini görən kişi tez cumdu onun üstünə.

- Sənin obyektindən uşaqlar mənim dükanımdanoğurluq ediblər. Mən kasıb adamam e. Bu dükandan çörək aparıram evə. Niyə mənəziyanlıq verirsiz? Əclafa bax ki, gözümün qabağında yeşiklə mal oğurlayır.

Şahin həmsoyuqqanlı, həm də birbaşa adam idi.

- Dayı, nə qədərdi ziyanın?

- 150 manat.

İlkin deyirki, qayıdıb çayxananın arxa qapısından girmişdim içəri. Yəni kişi mənimRuslanla əlbir olduğumu bilmədi.

- Dayı, al bu əlli manatı, sabah da gəlib yüzünügötürərsən. Bir qələtdi eləyiblər. Nəbadə gedib polisə-zada deyəsən ha.Sonra...

***

İndi biz dəgərək hər bir işdə nəyi kimə və nəyə görə etdiyimizi anlayaq. Elə deyilmi?!Deyirlər ki, filankəs uşağı xəstə olduğu üçün dərman oğurlayıb. Və xüsusən də "istəməyə üzü gəlmədi, özünə sığışdırmadı" deyib oğruya haqq qazandırırlar. Bugünlərdə bir sosial eksperiment izlədim. Biroğlan cırıq-curuq bir geyimdə adamlara yaxınlaşıb yemək istəyirdi. Adamlardanbiri, ya ikisi ondan uzaq qaçdılar. Biri pul verdi, biri çörək, biri kökə, biriperaşki alıb qarnını doyurdular. İndi sual budur:

- O oğurluq edənlər nə vaxt sadə insanlardan köməkistədilər ki?!

Nəyalan deyim, mən tez-tez dostlarımdan kitab oğurlayıram... Amma heç vaxt "kömək istəmək və oğruluq" arasında qalmaq istəmərəm. Çox qəliz məsələdir. . 

TƏQVİM / ARXİV