adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Yad toyundan necə qovuldum? - Ayxan Ayvaz yazır...

19381 | 2018-12-11 12:45


Heç tanımadığımız adamların toyuna getmək təklifi xalam oğlundangəldi. Qardaşım razı olmadı, mən isə neçə vaxtdır üstümə çökən pisəhval-ruhiyyədən qurtulmaq, kefimi açmaq üçün onun sözlərinə şərik çıxdım.


Xalam oğlu kənddən özünə kostyum gətirmədiyi üçün qardaşımınpencəyini, köynəyini, öz cins şalvarını və idman ayaqqabısını geyinəndə birtəsəvvürünüzə gətirin ki, necə gülməli vəziyyətə düşdü. Klassik və idmangeyimlərinin qarışığını onun üstündə görəndə şaqqanaq çəkib güldüm. Həm də beləgedəcəyimiz üçün içimə bir qorxu düşdü.

Yaxınlıqdakı şadlıq saraylarının birində toy gedirdi. Amma adamlarhələ bayırda durub siqaret çəkir, bir-biriləri ilə söhbətləşirdilər. Mən beləşeylərdə naşı olduğum üçün ilk hərəkəti xalam oğlundan gözləyirdim. O, buişlərin ustası görkəmində başı ilə içəri keçməyimə göstəriş verdi.

Şadlıq sarayına girən kimi adamların hamısı çevrilib bizə baxmasınmı?Vay, sənin... İçəridən mahnı səsi gəlmirdi, üstəlik heç kim də başını aşağısalıb yemək yemirdi. Qarşıda bəylə gəlinə ayrılmış stullarda bomboş, adamsızdı.Anladıq ki, toy başlamayıb və bunun heç də yaxşı olmadığını bəri başdan hissetdim. İçimə özümdən asılı olmadan qorxu dolmağa başladı. Bu saatqovulacağımızın, üstəlik beş-altı adamın şillə təpiyindən keçəcəyimiz gözümünönündən ildırım sürəti ilə keçdi. Xalam oğlunun üzündə də mənim qorxumun əksihopmuşdu. Amma buna baxmayaraq, qıraqda iki oğlanın oturduğu masaya yaxınlaşıbguya bəylə gəlini tanıyan şəxslər kimi salamlaşıb hərəmiz bir stula əyləşibbizə tuşlanan baxışlardan yayına-yayına gizlincə pıçıldaşdıq. Elə bil bizimləbir masada oturanlar görünüşümüzdən, danışığımızdan buranın yad adamlarıolduğumuzu anladılar.

Onlardan biri:

- Siz bəy evindənsiz? – soruşdu.

- Yox, qız evindənik. Nədi ki? – xalam oğlu elə cavab verdi ki, eləbil toyun sahibi sən demə, elə özüymüş. Ürəyim bərk-bərk döyünür, az qalasinəmi yarıb çıxırdı.

- Qaqaş, bu masa bəy evinindi. Qız evindəkilər orda oturur.

Yaxşı qurtardıq! Yad toyunda, tanımadığımız adamların içində karıxıbqalmış, elə bil üzüyün içinə atılmış kimi bir yana çıxa bilmirdik. Yenə yaxşıki, xalam oğlu burda idi, yoxsa çoxdan özümü ələ vermişdim.

Hə, elə ki, ayağa durduq, bayaqdan başı söhbətə qarışmış toy əhlininbaxışları təzədən bizə tərəf çevrildi. Anladım ki, onlar xalam oğlunun qəribəgeyimindən bizim bu toyla heç bir əlaqəmizin olmadığını anlayıblar.

Xalam oğlu ofisiantların birindən:

- Qaqaş, biz qız evindənik. Harda oturaq? – deyə soruşdu. Ofisiantqəribə baxışlarla bizi süzdü, görünür, ona da biz aydan gəlmiş adam təsiribağışlayırdıq.

Birdən: "Gedin, qız evinin böyüyündən” - soruşun deməsinmi?

Tüklərimin biz-biz durmasını hiss etdim. Xalam oğlu da eynən mənimsayaq bu saat qovulacağımızı duyurmuş kimi hərəkət edir, üzündə özünü tox tutsada bir azdan biabır olacağımızı anlayırdı. Onun bu halı da məni lap qorxuquyusunun dibinə salıb çıxardırdı.

Nə isə, xalam oğluna təzədənmi cəsarət gəldi, ya sınamaqmı istədi,bilmədim. Düz bəylə gəlinin oturduğu stulun aşağısındakı masanın arxasınakeçdik. Xalam oğlu o dəqiqə qarşısındakı arağı süzüb başına çəkdi, tez dəağzına nəsə atdı.

Elə bil toy çoxdan başlamışdı, biz də bir tərəfdən üyüdüb tökürdük.Bizim bu hərəkətlərimizi görən masadakılar, ofisiantlar şaşqınlıqla bizisüzməsinlərmi? Bu dəfə xalam oğlunun ürəyinin döyüntüsünü eşitdim, öz ürəyimisə denən, heç yerində dururmu?

- Siz oğlan evisiniz? – yenə eyni sual.

- Yox, qız evi... – xalam oğlu tələsik cavab verdi və özünə bir dənədə araq süzdü. Sükut bizi dinləyirdi. Anladım ki, hamının, hətta arxadaoturanların da gözləri bizdədi. Yüzlərcə gözün soyuqluğunu hiss edirdim.

- Bax, qardaş, xətrinizə dəyməsin. Orda, qız evində çoxlu yerlər var.İstəyirsiniz burda oturun, e, prosto maraqlandım. – masadakılardan biri bizəyaxınlaşıb başımızın üstündə durub danışırdı.

- Bizə dedilər, orda yoxdu, ona görə gəldik. Əgər elədisə... – xalamoğlu sözünün arxasını gətirmədən ayağa durmaq istədi, amma müsahibi onu təzədənotuzdurdu. İçimdəki qorxu sıyrılıb çıxdı, köksümü ötürdüm. Elə bu vaxt birdənofisiant mənə çaxır süzə-süzə sual verməzmi ki, bəs deməzsənmi, qızın atasınıtanıyırsınız. Udqundum, nə deyəcəyimi bilmədim. Həm də özümü elə tutdum ki,guya qızın atası ilə çoxdanın dostuyuq. Yəni, duruşumdan elə bil ofisianta:"Məndən soruşursan?” – deyə bozarırdım. Xalam oğlu bu handa:

- Qonşusuyuq. – dedi. Ofisiant aralandı, çaxırı başıma çəkib, ağzımaxiyar turşusu atdım. Başımı qaldıranda qarşımdakı televizordan arxamızda durmuşofisiantları gördüm. Onların ifadələri hələ də eyni cürdü. Baxışlarında dəyişənheç nə yox idi. Tələm-tələsik yeməyə girişməyimiz, arağı, çaxırı dalbadal içməyimizyəqin onları şübhələndirmişdi. Biz isə elə durmuşduq ki, guya bunun bizə heçbir dəxlisi yoxdur. Sanki toyu olacaq bu qarımış qızın nəhayət evlənməyinə ürəkdolusu sevinir, içimizdəki sevgini də içməklə bildirməyə çalışırdıq. Amma bunuheç burdakılar yeyərmi?

- Nilufər...

Masadakılardan kimsə bu sözü deyəndə xalam oğlu qulağıma tərəfəyilib:

- Deyəsən, qızın atasının adıdı, yadda saxla lazım olar. – cidditərzdə dedi.

Bir az keçməmişdi ki, bir çal saç kişi bizə yaxınlaşıb yenə həminənənəvi sualı verdi. Biz də hər zamanki cavabı verdik.

- Mən qızın atasıyam. Axı mən sizi tanımıram.

- Siz Nilufər əmi deyilsiniz? – xalam oğlu bayaq eşitdiyi adıtəkrarladı. Kişi "yox, yox” deyəndə həm də indi anladım ki, bu qız adıdır,gülməyimi bir təhər içimə salıb "bağışlayın, səhv gəlmişik” dedim.

Ayağa qalxıb ora-bura dəyə-dəyə, ayağımız bir-birinə dolaşa-dolaşaqapıdan bayıra çıxmaq istəyirdik ki, birdən döşəmədən əvvəlcə tüstü çıxdı,sonra da alov qığılcımları göyə püskürdü, ardınca da bəylə gəlin içəri daxiloldu. Biz onlarla üzbəüz gəlmişdik. Xalam oğlu karıxmış halda əllərinibir-birinə vurdu, mən də onun etdiyini təkrarladım. Yad toyunda, tanımadığımızbəylə gəlini təbrik edirmiş kimi alqışlayır, üzümüzə təbəssüm qondururduq.

Onlar çıxıb gedən kimi dabana tüpürüb aradan çıxmaq istəyərkən:

- Bir dəqiqə, dayanın... – kimsə arxadan səsləndi. Az sonraqarşımızda beş-altı ofisiant, bir qalstuklu kişi peyda oldu. Onlardan biri,deyəsən, ofisiantların başçısı idi, başladı, nə başladı:

- Qardaş, heç yaşından-başından utanmırsan. Bu uşaq eləsə (mənigöstərdi) heç olmasa deyərdim, eybi yox. Bu nə hərəkətdi?

Xalam oğlu söhbəti fırlatmağa çalışsa da alınmadı. Bizə yalançıdamğası vurdular və üzümüzə təpinib burdan getməyimizi istədilər.

Bayıra çıxanda bayaqdan içimə bağlanmış gülüş bir anda şaqqanaqlaaçıldı. Xalam oğlu da mənə qoşuldu.

İçəridə isə toy çalınırdı...


TƏQVİM / ARXİV