adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Dekabr 2018 11:56
11589
ƏDƏBİYYAT
A- A+

SƏHƏR DUASI - Əbülfət Mədətoğludan yeni şeir

Ruhumun şan - şan vaxtı
Dərdin danışan vaxtı...
halım qarışan vaxtı -
bir təbəssüm əta et!..

Əllərimi ovuşdur
don atmaqdan sovuşdur...
gözü gözə qovuşdur -
Qəlbi qəlbə buta et!..

Sevgidə xocalıqdan
Mən ölüm , qocalıqdan...
Sən enmə ucalıqdan -
Tanrıma da əda et!!!