adalet.az header logo
  • Bakı 7°C
11 Dekabr 2018 11:14
20374
MƏDƏNİYYƏT
A- A+

Mehriban Xanlarova:”Qadın tək qalanda deyirlər ki...”


"Kişi kimi qadınlar var”.

Bu sözləri əməkdar artist Mehriban Xanlarova çəkildiyi "Təhminə və Zaur” serialı haqda danışarkən deyib:

"Mən Təhminəni günahkar görmürəm. Qadın həmişə tək qalanda onun ünvanına çox şey deyirlər. Adına min cür söz çıxardılar. Bəzən görürəm, bəzi qadınlar başlayırlar bir qadını qınamağa. Həmən xanımlara demək istəyirəm ki, siz özünüzdə bir xanımsınız və kiminsə anası, bacısısınız. Bir xanım kimi kimisə qınamağa haqqınız yoxdur”.

Qeyd edək ki, Mehriban Xanlarova serialda "Aliyə” obrazını canlandırır.

Xatırladaq ki, "Təhminə və Zaur” serialı həftəiçi hər gün 21:00-da ATV telekanalında yayımlanır.