adalet.az header logo
  • Bakı 7°C
11 Dekabr 2018 11:00
12487
İDMAN
A- A+

Qurban Qurbanovdan şok addım - Təzminatdan imtina etdi

Qurban Qurbanov AFFA-nın ona ödəməli olduğu təzminatdan imtina edib.

Qol.az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"ın çalışdırıcısı bununla bağlı fikrini ötən şənbə günü AFFA İcraiyyə Komitəsinin iclası zamanı federasiya rəhbərliyinə çatdırıb.

Qeyd edək ki, məhz həmin iclasda Qurbanovla müqavilənin ləğv edilməsi haqda qərar çıxarılıb. Beləliklə, 46 yaşlı məşqçi ilə ötən il imzalanmış 6 illik müqavilənin müddəti cəmi 1 il çəkib. Sənəd vaxtından əvvəl ləğv olunduğundan Qurbanovla bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, ona təzminat ödənməlidir. Əldə etdiyimiz xəbərə görə, AFFA üzərinə götürdüyü bu hüquqi öhdəliyi yerinə yetirməyə hazır olsa da, Qurbanov millidə pula görə işləmədiyini söyləyərək təzminatdan boyun qaçırıb.

Millidəki fəaliyyətinə görə Q.Qurbanova AFFA-nın konkret nə qədər ödəməsi barədə məlumat verilmir. Amma daha əvvəl millimizi çalışdırmış Robert Prosineçkinin rəhbərlik etdiyi məşqçilər heyətinə illik 1 milyon 200 min avro ödəndiyi barədə xəbərlər var idi.