adalet.az header logo
  • Bakı 7°C
11 Dekabr 2018 10:46
11644
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: YUXU

Bu gün sənə yazmadım...
susdum ki , qayğısız ol...
Nə ürəyin yüklənsin -
nə gözün dolsun bir yol!..

Bilirməm ki nə yazsam
qəlbinə bir xal salır...
Yazdıqlarımdan sənə -
ancaq sıxıntı qalır...

Mən bir sevgi çaşqını
Qibləsin səndə tapan...
İçimdəki daşqını
eşqdi yoğurub . yapan...

Duyğularım cilovsuz
dilbilməzdi ruhum da...
Tutulmuşam tilovsuz -
ovcundaydım yuxumda!..