adalet.az header logo
  • Bakı 7°C
10 Dekabr 2018 20:21
14646
ƏDƏBİYYAT
A- A+

KİTABXANADA GÖRÜŞ


Aprelin 8-də Abşeron rayon Mərkəzi Kitabxanasında şair, publisist, hərbi jurnalist, tərcüməçi Qardaşxan Əzizxanlı ilə görüş kçirildi. Tədbiri Abşeron rayon MKS-in direktoru, şairə Məlahət Yusifqızı açaraq Qardaşxan Əzizxanlının həyat və yaradıcılığı haqqında məlumat verdi. Sonra ilk dəfə onunla necə tanış olmasından, həmin vaxtlarda böyük şairimiz Məmməd Arazın yubileyi ərəfəsində olan görüşlərindən danışdı... "Həyat dəniz ləpələritək hər kəsi bir tərəfə aparır. Amma Q.Əzizxanlı ilə tez-tez görüşməsək də, arada unudulmaz dostluq və domalıq var" söyləyərək, sözü qonağa verdi. Q. Əzizxanlı onunla görüşə gələnləri ürəkdən salamladı və onlarla birgə olduğundan məmnunluğunu belə ifadə etdi: "Bu yağışlı bir gündə zəhmət çəkib kitab, söz xətrinə mənə görə gəlmisiniz. Hamınız mənim üçün dəyərlisiniz. Burada uşaqlar da var. Bilirəm ki, bu gün yaddaşlarda qalacaq. Belə görüşlərin mahiyyəti odur ki, biz amalımızla, sevgimizlə bir yerə toplaşırıq. Və bu birlik bizi, Vətən sevgimizi daha da böyüdür. Əsas olan bu ruhdur ki, bununla bütün dərdlərimizin öhdəsindən gələrik..." Sonra o ilk yazılarının sevincindən danışdı. Məlahət xanımla bağlı ötən xatirələrindən isə yadda bu fikir qaldı: "Mən Məlahət xanımı tanıyanda elə düşündüm ki, o bizim Janna Darkdır..." O, çıxışının sonunda oxucuların istəyi ilə şeirlərindən söylədi...
Görüşdə Nurəddin Mirzəxanlı, Aybəniz Qafarlı, Xaliq Laçınlı, Sənan Çıraq, Rəna Mərzili, kitabxananın əməkdaşı Pərvanə Muradova, Esmira Məmmədli, Asif Sabiroğlu, Mütalib Tahiroğlu, Bahar Abbasova, Səmayə Güləliqızı, Sevda Əhədova və başqaları çıxış edərək qonağı salamladılar. Xırdalan məktəbliləri Fatimə və Gülər Əmrahovalar, Nizami rayonu 12 saylı orta məktəbin 5-ci sinif şagirdi İbrahim Əhmədov ana yurda, Qarabağa həsr olunmuş şeirlər söylədilər.
Sonda Q.Əzizxanlı "İlkim də Sən, İndim də Sən, sonum Sən" adlı sonuncu kitabından Kitabxanaya və oxuculara hədiyyə etdi.