adalet.az header logo
  • Bakı 7°C
10 Dekabr 2018 17:41
6557
HADİSƏ
A- A+

Maşından külli miqdarda pirotexniki vasitə tapılıb

Avtomobilin yanacaq çəninin içərisindən pirotexniki vasitələr tapılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Adalet.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Qaz 3102” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən 920 ədəd üzərində "Mega Black Devil” yazısı olan və 80 ədəd üzərində "Piccolo Corsar” yazısı olan pirotexniki vasitə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.