adalet.az header logo
  • Bakı 7°C
10 Dekabr 2018 17:24
7268
GÜNDƏM
A- A+

Prezident teatr əməkdaşlarını təltif etdi - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncam imzalayıb.

Adalet.az-ın xəbərinə görə, sərəncamla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

"Xalq artisti”

Əliyeva Lətifə Cahandar qızı

Novruzova Nübar Qulu qızı

"Əməkdar artist”

Abdullayeva Mehriban Abdulla qızı

Əsədov İlham Əsəd oğlu

Hüseynov Elnur Bəhrəmxan oğlu

Şərifova Güşvər Fətulla qızı

"Əməkdar mədəniyyət işçisi”

Rəhimli Rafiq Səfər oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Vaqif Firudin oğlu Əsədov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.