PUTİNİN PAŞİNYANLA ARASI SOYUQ İMİŞ?!
Baxıram bizim politoloqlar bu mövzu ətrafında zırpı-zırpı açıqlamalar verirlər. Və bu açıqladıqlarına da söykənərək Paşinyanın baş nazir kreslosunda uzun müddət otura bilməyəcəyini söyləyirlər.
Doğrudanmı Putinlə Paşinyanın arası soyuqdu?! Ona görə seçkini 70,43 faiz uddu?!
Putinlə Paşinyanın arası soyuqdu?! Ona görə Laçını tikir?
Putinlə Paşinyanın arası soyuqdu?! Ona görə Dağlıq Qarabağa yeni ikinci yol çəkir?!
Putinlə Paşinyanın arası soyuqdu?! Ona görə Ağdərənin ərazisində Fövqəladə Hallar İdarəsi açıb?! Yeni qəsəbə salır?! Talış kəndini təzədən tikir?! Ağdamın Şellisində məktəb tikir? Cəbrayılda qəsəbə salıb təzədən tikir?!
Putinlə Paşinyanın arası soyuqdu?! Məşhur urus siyasətçilərini yığıb gətirib İrəvanda onların dili ilə Azərbaycana ultimatum verir?!
Ağlınıza dua yazım. Putin istəməsə Paşinyan baş nazir kreslosunda bir saat da otura bilməz, qulağından tutar, Novosibirskin qubernatoru kimi, atar çölə. Əgər bir soyuqluq hiss edirsinizsə, bu görüntüdən başqa bir şey deyil.