MONİTORİNQ QRUPUNUN ÖZÜNƏ MONİTORİNQ QRUPU LAZIMDI
Televiziyada aparıcıların ədəbi dil normalarını pozmaları ilə bağlı bir monitorinq qrupu yaradılıb. Bu bir faktdır ki, həqiqətən bir çox televiziya aparıcıları nəinki ədəbi dil normalarını pozurlar, lap belə anasını ağladırlar. Amma məsələ ondadır ki, monitorinq qrupu aparıcıların dillərində tutduqları sözlərə ədəbi dil normalarını tətbiq edəndə elə onlar qədər səhvə yol verirlər. Ona görə də təklif edirik ki, monitorinq qrupunun səhvlərini düzəltmək üçün bir monitorinq qrupu yaradılsın.
Monitorinq qrupunun rəyini təkrar saytımızda çap edirik və qəzetimizin 11 dekabr sayında da oxuya bilərsiniz. Həmin səhvləri birinci tapıb redaksiyamıza göndərən şəxsi növbəti ilin «Ədalət» qəzetinin abunəsi ilə mükafatlandıracağıq.