adalet.az header logo
  • Bakı 6°C
11 Dekabr 2018 10:40
29866
MƏDƏNİYYƏT
A- A+

Serial ciddi sənətdirmi? - SORĞU

Artıq müasir dünya filmlər, şou proqramlarla yox seriallarla gündəmin nəbzini tutur. Dünyada gedən bir sıra populyar seriallar var. İnsanlar dörd gözlə serialların növbəti seriyalarını gözləyir. Bəs bu qədər baxımlı olan seriallar ciddi sənət əsəridirmi? Yoxsa kütləni əyləndirmək üçün bir vasitə?

Adalet.az yazarlara, kinoşünaslara sorğu ünvanlayıb - Dünya seriallarından hansılarını izləyirsiniz? Ümmiyyətlə serial ciddi sənətdirmi, münasibətiniz necədi?




Yazıçı Şərif Ağayar: "Sonuncu dəfə "Şəxsiyyət" serialına baxdım. Haluk Bilginerin performansı yaxşıydı. Hər şeyin öz yeri var. O cümlədən serialın. Kinonu seriala qarşı qoyub müdrik poza alanlardan deyiləm.”







Rejissor Əli İsa Cabbarov: "Demək olar, izləmirəm. Rusiya istehsalı olan "Likidasiy” və "Apostol” seriallarını dəfələrlə izləmişəm. İndiki "ağıllı serial” adlandırılan çox seriyalı televiziya filmləri ciddi sənətdir. Düşünürəm ki, bu ədəbiyyat qarşısında komplekslerindən doğulub, xüsusi forma olaraq roman qarşısında komplekslərdən.”







Teatrşünas Aliyə: "Serial məsələsində xeyli geri qalıram. Məsələn "Möhteşem Yüz yıl"ı bu yay izlədim. Bir neçə seriya "Game of Trones”ə baxdım, ordan burdan. Bir neçə seriya da "Trotski”yə baxdım. Yəni seriallar TV-də göstərilib bitəndən sonra - netə yerləşdirləndə, qabağıma çıxanda baxıram. Onda da ötürə-ötürə.

Ciddi sənət olmağa başlayır deyəsən. Bədii gücü olan epizodlar görürsən. Məsələn, "Möhtəşəm Yüz yılda” sultanın tənhalığı sarayın bir xacəyə qalması filan yaxşı işlənmişdi. "Game of Trones” serialında da netaforik epizodlar var idi. Amma ümumən bu qədər uzun olan, gündəlik çəkilən və təqdim olunan işdən dərinlik gözləmək də düz deyil. Zatən məqsəd də asan baxılan audiovizual məhsul yaratmaqdı.



Yazıçı Mirmehdi Ağaoğlu: "Xaricdə çəkilən çerilallardan bircə "Qara güzgü”nü izləmişəm. Onu da kinematoqrafik baxımdan deyil, mövzusuna görə təqdir etmişəm. Əgər türk seriallarını şərti olaraq "xarici” kateqoriyaya aid etməsək baxdığım başqa xarici serial yoxdur. Bildiyim qədəri ilə xeyli maraqlı seriallar var. Təəssüf ki, izləməyə vaxtım yoxdur. Serialların bədii keyfiyyəti barədə danışmazdan qabaq deyim ki, onlar da çox kommersiya məhsulu kimi ortya çıxsalar da sonradan serial sənayesində ciddi keyfiyyət dəyişiklikləri baş verib. Hazırda serial izləmək dünyada çox populyar olub. Çünki serialların da mövzusu xeyli dəyişib, artıq serial deyəndə Latın Amerikan sabun operaları yada düşmür.”




Rejissor Mətləb Muxtarov: "Demək olar ki, izləmirəm. Baxdığım "Black Mirror" serialının bir neçə seriyası olub. Bəyənmişdim. Sadəcə nəsə seriala aludə ola bilmirəm. Baxanda ancaq seçib baxdığım filmlər olur. Təəssüf ki, seriala xərclədiyim vaxtı filmlərə xərcləməkdən yanayam, amma bu o demək deyil ki, serial ciddi bir şey deyil. Əksinə son illərdə çıxan seriallar inqilabidi. Azərbaycan tamaşaçısənən beynindəki romantik serial anlayışını məhz BBC VƏ NETFLİX-in serialları məhv elədi və eləməyə doğru gedir. Mən romantik türk seriallarına baxan evdar qadınlara məhz BBC və Netflixin seriallarını məsləhət görürəm. Amma heyif ki özüm çox az baxıram, böyük ehtimal baxacam, dünyadan geridə qalmaq olmaz.”