O, 96 il yaşadı, Azərbaycan yazıçıları arasında misli olmayan bir uzunömürlülüyə imza atdı. Bəlkə 100 il də yaşayırdı, hətta ikinci yüzilliyə də qədəm basardı. Amma düz 96 yaşında xəstəlik ona aman vermədi. Ömrünün sonuna qədər də qələmdən, yazıdan əl çəkmədi.
Xalq yazıçısı Qılman İlkin (Musayev). Bakılı idi, amma özünün dediyinə görə onun ulu babası XVII əsrdə Dağıstandan-Teymurxanşuradan gəlib. Ulu babası kəndirbazlar dəstəsində meydan qızışdıran olub. Mərdəkana gəliblərmiş, bir dəfə kəndirbəzı əvəz eləyəndə qıçı sınıb, qərara alıb ki, daha Dağıstana qayıtmasın, qalsın Mərdəkanda. Babası İsabala xarrat olub. Ailə altı qardaş, iki bacıdan ibarətdi. Qılman müəllimin böyük qardaşı Qurban Musayev də (1903-1982) yazıçı olub, pyesləri səhnədə oynanılıb.
Mənim bəxtim gətirib ki, Qılman müəllimlə sağlığında bir neçə dəfə görüşmüşəm, "Yeni Azərbaycan" qəzetinə ondan bir müsahibə almışam. Qılman İlkin hardansa eşitmişdi ki, mən çoxlu şeir əzbər bilirəm və elə ilk görüşümüzdə belə bir şərt qoydu ki, ona Müşfiqdən, Səməd Mənsurdan şeirlər deyim, sonra nə istəyirsən soruş, canla-başla cavab verərəm. Mən də heç sıxılmadan onun xahişini yerinə yetirdim. O gündən mən Qılman müəllimin sevimlisinə çevrildim.
O, xatirələrdən yoğrulmuş bir insan idi desəm, səhv etmərəm. 90 yaşında uşaqlığından tutmuş qocalığına qədər yaddaşında nə yaşayırsa, mənə danışdı.
İbtidai təhsilini Zenalabdin Tağıyevin Mərdəkanda açdığı Bağbançılıq məktəbində alıb Tağıyevin məktəbini bitirəndən sonra vaxtilə "Rüşdiyyə" məktəbi adlandırılan 18 nömrəli orta məktəbdə təhsilini davam etdirib. Mərdəkan-Bakı yolu, arada xeyli məsafə var. Deyirdi ki, Mərdəkandan payi-piyada gəlirmiş Suraxanıya, oradan elektriçkaya minib gəlirmiş məktəbə. Düz beş il bedəcə piyvda yol gəlib. Qılman müəllim gəzməyi-dolanmağı, piyada yol getməyi çox sevirdi. Bu qədər ömür sürməyinin də bir səbəbini hər gün piyada yol getməyində görürdü. İyirminci illərdə Bakıdakı məktəblərin əksəriyyətində dərs deyən müəllimlər Türkiyədən dəvət olunmuşdular. Dərsliklərin də çoxu türk dərslikləri idi. Yerli kadrların sayını artırmaq üçün bəzən orta məktəbin yucarı sinfini ixtisar edir, dünən məktəbli kimi partada əyləşənlərin əlinə vəsiqə verib məktəblərə müəllim göndərirdilər. Ona da belə bir "səadət" nəsib oldu-1929-cu ildə , orta məktəbi qurtarmağına bir il qalmış 15 yaşında ikən Xaçmaz rayonünün Əhmədoba kəndinə müəllim göndərirlər.Deyirdi ki, məktəb köhnə bir binada yerləşirdi. Uşaqlar üç cərgədə əyləşmişdilər-hər cərgədə bir sinfin şagirdləri. O kənd sovetinin sədri işləyən bir cavan oğlanın evində qalırmış.Həmin illər sinfi mübarizə illəriydi. Sovet hakimiyyəti qurulandan sonra kəndin varlıları dağlara çəkilmişdilər. Belə oldu ki,Qılman müəllim arada kitab-dəftər almaq üçün Bakıya getməli olur. Qayıdanda isəggəlib görür ki, bütün kənd matəm içindədir. Həmin cavan oblanı-kənd soveti sədrini qolçomaqlar gecə ikən öldürüblər. Nə yaxşı ki, Qılman müəllim orada olmayıb, çünki arada ona da xəbər göndərmişdilər ki, səni də öldürəcəyik, qızlarımızı məktəbə çəkmisən. Dərs ilini başa vurub Bakıfya qayıtdə. Ömrünün oğlan çağları başa çatdı.İllər keçəndən sonra Qılman İlkin o kənddə başına gələn əhvalatları "Ömrün oğlan çağları" povestində qələmə aldı.
Qılman İlkinin xatirə yaddaşında ən maraqlı hadisələr, insanlar otuzuncu illərlə bağlıdır. Müəllimlik fəaliyyətindən sonra APİ-nin dil-ədəbiyyat fakültəsində təhsilini davam etdirir, həm də "Gənc işçi" qəzetində işə düzəlir.O zaman "Gənc işçi" qəzetinin redaksiyası Elmlər Akademiyası binası ilə üzbəüz bir binanın I mərtəbəsində yerləşirdi. EA-nın I mərtəbəsində isə Proletar Yazıçılar Cəmiyyəti yerləşirdi. O tez-tez cəmiyyətin iclaslarında iştirak edirdi. Kimləri görürdü? Hansı hadisələrin şahidi olurdu? Cavidi, Əhməd Cavadı, Sanılını tənqid edən ittihamçıları. Səməd Vurğunu-o, çox tezliklə tanındı, sevildi, Süleyman Rüstəmi- Ələmdən nəşəyə keçən əsl proletiar şairini, Mehdi Hüseyni-cavan olsa da bir yazıçı və tənqidçi kimi özünü tanıtdı, Əbülhəsəni-ilk romanını yazmışdı, Əli Vəliyevi- o da kənddən gəlmişdi, amma çox tezliklə ədəbi aləmdə öz yerini tutdu, daha kimləri-Rəsul Rzanı, Abdulla Faruqu, Sabit RəhmanıgBunların çoxu ilə dostluq elədi. Amma ən çox bəyəndiyi, sevdiyi şair Mikayıl Müşfiq idi. Müşfiq tez-tez "Gənc işçi" redaksiyasına gəlirdi. Qılman müəllim ondan danışanda həm kövrəlir, həm də qürur hissi keçirirdi. O, Müşfiqi orta məktəb illərdən tanıyırmış. Deyirdi ki, üç barmağını büküb şeir oxuyurdu. Dəfələrlə Müşfiqin öz şeirlərini oxuduğu məclislərdə iştirak edib, heç kimi Mühfiq kimi şeir oxuya bilməzdi. Səsinin cazibəsi hamını heyran edirdi. Onu alqışlara qərq edirdilər. Süleyman Rüstəm də çox tanınırdı, çünki proletar şairiydi, əsasən ictimai-siyasi məzmunlu şeirlər oxuykrdu. Amma Müşfiq məhəbbətdən, gözəllikdən şeir oxuyurdu, uşaq kimi xasiyyəti vardı, gözlərinə baxanda ürəyini görərdin. Müşfiq "Gənc işçi" qəzetinə ona görə tez-tez gəlirdi ki, sevdiyi qız-Dilbər hər gün Darülmüəllimatdan çıxıb üzü aşağı gəılirdi. Müşfiq onun gəldiyi görüb EA-nın önündə onu qarşılayırdı. Dilbər doğrudan da çox gözəl idi. Elə gözəl idi ki, dönüb arxasınca bir də baxırdın. Müşfiq onu çox sevirdi, həm də qısqanırdı. Müşfiqin çılğınlığı, emosionallığı barədə çox yazıblar. O, Sovet hakimiyyətinin düşməni deyildi, elə neçə şeiri var ki, quruluşu tərənnüm edirdi. Amma nöqsanları görən gözü yox idi. Bir dəfə, APİ-də oxuyanda bizi onun dərs dediyi məktəbə-praktikaya aparmışdılar. Dərs zamanı küləyin təsirilə pəncərə açıldı. Müşfiq şagirdlərinin birinə dedi ki: "Get bağla pəncərəni, Sovet hökumətinin düzəltdiyi pəncərə bundan artıq olmaz ki".Onu daha çox ona görə tənqid edirdilər ki, Hüseyn Cavidlə, Əhməd Cavadla dostluq edirdi, onları özünü ustad hesab edirdi. Cavid onu çox sevirdi, ona gələcəyin böyük şairi kimi hörmət edirdi. Bir dəfə Müşfiq hansı ədəbi məclisdəsə "Küləklər" şeirini oxudu, hamı əl çaldı. Zala enərkən Cavid əfəndi onu yanına çağırdı, qulağına nəsə pıçıldadı. Deyirlər ki, Cavid Müşfiqə "Sən "Küləklər"i elə oxudun ki, sanki məni ldə küləklər apardı" deyib. Tutulmamışdan bir az əvvəl Azərnəşrə gəldi, güldü, zarafat elədi, sonra da çıxıb getdi.Qılman müəllim deyirdi ki, mən xoşbəxtəm ki, Müşfiqin əlini sıxmışam, gözlərinin içinə baxmışam, şeirlərini dilindən eşitmişəm, elə olub ki, bir dəfə əlini çiynimə də qoyub. O əlin hərarəti hələ də çiynimdədir.
APİdəki tələbəlik illərini də xatırlayır. 1936-cı ildə APİni bitirir. Bu elə illər idi ki, yavaş-yavaş repressiya tufanı əsməyə başlayırdı. İnstitut müəllimləri bir-bir, hiss edilmədən yoxa çıxırdılar, institutun hər bucağında təhlükəsizlik orqanlarının "fəaliyyəti" hiss olunurdu.İnstitutun partkomu Budaqyan adlı bir erməniydi, o, hətta belə bir şüar da yazıb divara yapışdırmışdı: "Yoldaşını ifşa elə!". Qılman müəllim deyirdi ki məni də bir neçə dəfə Budaqyanın yanına çağırdılar,səbəbi bu idi ki, Müşfiq tutulmamışdan əvvəl onun uşaq şeirləri haqqında məruzə etmişəm, Əli Nazim zəmanət verib ki, məni aspiranturada saxlasınlar. Əgər Ağəmməd Abdullayev adlı gavan müəllimimiz olmasaydı, mən də ən azı institutdan qovulacaqdım. Üç məzunu-məni
Qılman müəllim daha kimləri xatırlayırdı? Müşfiqin yaxın dostu Almaz Yıldırımı, o, 29-cu ildə Əzizbəyov adına kitabxanada ədəbiyyat dərnəyinin rəhbəri idi və cavan Qılman Musayev də o dərnəkdə iştirak edirdi. Seyid Hüseyni xatırlayır-həmişə istedadlı cavanlara qayğısını əsirgəməyən o gözəl insanı. Əli Nazimi xatırlayırdı-institutda ona dərs demişdi, ən sevimli müəllimlərindən biri idi. Çox savadlı ədəbiyyatşünasdı, bədii əsərlərin təhlilində ona əvəz tapmaq çətindi. Atababa Musaxanlını xatırlayırdı- zahirən çox qəşəng idi, amma onu sevdirən cazibəli nitqi idi. Rəfilini xatırlayırdı-o, rusca çox sərbəst danışırdı, özünü çox təmkinli və soyuqqanlı aparırdı. Azərbaycan ədəbiyyatında sərbəst şeirin ən böyük təbliğatçısı Rəfili idi. Özü də sərbəst şeirlər yazırdı. Amma onun şeirlərində Mayakovskinin, Nazim ZHikmətin, Verxarnın, Uitmenin təsri də vardı. Oxucuların çoxu onu başa düşmürdülər, amma Rəfilinin şeirləri və təbliğatı ədəbi aləmdə xeyli xanlanma yaratdı. Rəfili bir yazısında yazmışdı ki, biz üzümüzü Nizamilərə, Füzulilələrə, Axundovlara, Cavidlərə deyil, Mayakovskiləırə, Verxarnlara, Uitmenlərə tutmalıyıq. Amma çox keçmədən Rəfili sərbəst şeirin daşını atdı, hətta tənqid etdiyi Axundovdan məqalələr yazdı, Nizaminin əsərlərini tədqiq etdi. Rəfili müsavatçı olmuşdu, Gəncədə Müsavat partiyası gənclər özəyinin üzvü idi, amma Müşfiq kimi çılğın olmadığından və "xatalı" adamlarla oturub-durmadıbından ona toxunmadılar.
Müharibə illəri. Qılman müəllim deyirdi ki, bir gün Mircəfər Bağırov ərəb əlifğasını yaxşı bilən yazıçı və jurnalistləri öz yanına çağırdı. Tapşırıq belə idi ki, biz İranda "Vətən səsi" qəzetini nəşr etməliyik. Bizim 1941-1942 və 1944-1945-ci illərdə İranda gördüyümüz işlər öz bəhrəsini verdi. Milli şüurun oyanmasında, azərbaycançılıq ruhunun güclənməsində "!Vətən yolu" qəzetindəki fəaliyyətimiz böyük rol oynadı. Qəzetin redaksiyasında təşkil etdiyimiz şairlər məclisi isə Cənubi Azərbaycan şairlərini ruhlandırdı. M.Biriya, Ə.Fitrət, Etimad, Məhzun kimi şairlər öz şeirlərində təmiz Azərbaycan dilinə üz tutdular.
Qılman İlkin ədəbi yaradıcılığa bir publisist kimi başlayıb, "Ədəbiyyat qəzeti"ndə tənqidi məqalələri dərc edilib. Amma bədii yaradıcılığa 1943-cü ildə -"yaralı şahin" adlı hekayə ilə gəlib. Sonra Nəcəfbəy Vəzirovun uşaqlıq və ilk gənclik illərindən bəhs edən "Həyat yollarında" (1947) adlı pove6stini çap etdirib. Əllinci illərin sonlarına qədər onun bir neçə hekayələr kitabı işıq üzü görüb. Onun bir yazıçı kimi məşhurluğu isə "Şimal küləyi" və "Qalada üsyan" romanları ilə başlayıb. "Şimal küləyi"ndə Qılman İlkin Şura inqilabına qədərki Bakını, burada baş verən hadisələri ğəsvir edirdi və nə gizlədək, bolşeviklərə -yeni quruluşa rəğbəti hiss edilirdi. Amma elə həmin romanda elə təsirli səhnələr vardı ki, oxucunu sarsıdırdı, xüsusilə, Yetimin ölümüg"Qalada üsyan" isə tarixi səpgidə qələmə alınmışdı. Əsərdə 1905-ci ilin yayında "Potyomkin" zirehli gəmisində üsyan qaldıran matrosların aqibətindən söhbət gedir. Onlar bir müddət Xarkov həbsxanasında saxlanıldıfqdapn sonra Zaqatalaya göndərilirlər. Yəqin ki, siz görkəmli kinorejissor Hüseyn Seyidzadənin çəkdiyi "Qalada üsyan" filminə baxmısınız.Qılman müəllimin müharibə illərindən söz açan "Dəniz həmişə göy olmur", Bakı dağlılarının həyatından bəhs edən "Dağlı məhəlləsi" povestləri də onun uğurlu nəsr əsərlərindəndir.
Qılman İlkinin bir publisistik romanı var ki, onun qədr-qiymətini hələ bundan sonra da biləcəyik. Bu, "Bakı və bakılılar" əsəridir.Qılman müəllim Bakı həyatını Bakı mühitini çox yaxşı bilirdi, hətta deyim ki, onun nəsr əsərlərinin də bir qəhrəmanı BAKI idi.Bakı haqqında çoxlu əsərlər yazılıb. Amma Bakını ta qədimdən çağdaş dövrümüzə (təxminən XX əsrin ortalarına gəlib çıxır) qədər təsvir edən, onun bir şəhər kimi keçdiyi tarixi yolları heç kim Qılman İlkin kimi canlı, şirəli, hətta deyərdim, emosional şəkildə təsvir edə bilməyib..
Qılman İlkin 1974-cü ilə qələr-yəni rensiyaya çıxcana qədər həmişə vəzifə sahibi olub-Azərnəşrdə baş redaktor, "Azərbaycan" jurnaloında baş redaktor, Azərnəşrin direktoru. Bütün vəzifələrdə özünü ciddi rəhbər və sadə insan kimi aparıb. Heç vaxt hansısa istedadın yolunu kəsməyib, əksinə, əlindən tutub. "Azərbaycan" jurnalının baş redaktoru işləyəndə istedadlı cavanların ilk şeirlərinin, hekayələrinin işıq üzü görməsində qayğısını əsirgəməyib.
Qılman müəllim hər bir hərəkətində köhnə kişilərə məxsus qayda-qanunlara əməl edirdi. Oturub-durduğu adamlar da onun kimi təmiz, mənən saf idilər. O, dostlluğu sevgi kimi müqəddəs hesab edirdi. Üç əziz, əvəzolunmaz dostu vardı. Qulam Məmmədli, Ənvər Məmmədxanlı və Hüseyn Abbaszadə. Qulam Məmmədli yaşca ondan böyük idi, amma elə dost idilər ki, bu yaş fərqi bilinmirdi. Qulam Məmmədli ilə birgə Cənubi Azərbaycanı qarış-qarış gəzmişdilər, iki dəfə Məşhəd ziyarətində oldular. Qulam Məmmədli az qala bir institutunun işini gördü, neçə gilddə ədəbi salnamələr tərtib etdi. Ənvər Məmmədxanlı ilə dostluğu da otuzuncu illərdən başlamışdı. Qılman müəllim onun istedadını yüksək qiymətləndirirdi, deyirdi ki, Azərbaycan nəsrində lirik üslub onun və İlyas Əfəndiyevin adıyla bağlıdır. Qılman müəllim deyirdi ki, mən heç bir yazıçının, şairin dəfnində ağlamamışam, göz yaşlarımı saxlamışam, amma Ənvər Məmmədxanlının ölüm xəbərini eşidəndə özümü saxlaya bilmədim.
Qılman İlkin -Xalq yazıçısı haqqında söhbəti də elə bu nikbinliklə bitirirəm. Xatirəsi qəlbimizdə yaşayacaq bu köhnə kişinin, böyük yazıçının...
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru