Hindistanda 11 nəfər yol qəzasında ölüb
Hindistanın qərbində yerləşən Çandrapur şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, səhər saatlarında qeydə alınan qəza nəticəsində azı 11 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.
Qəzanın səbəbləri barədə məlumat verilməyib, araşdırma aparılır.